Ədəbiyyat İnstitutunun alimləri “Ədəbiyyatda Qarabağ mövzusu” konfransında iştirak ediblər.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir sıra alimləri “Ədəbiyyatda Qarabağ mövzusu” adlı Respublika Elmi Konfransında məruzələrlə çıxış ediblər. Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları arasında AMEA-nın da əməkdaşları vardır.
Ədəbiyyat İnstitutunun əməkdaşlarından Aygün Bağırlı, Almaz Ulvi Binnətova, Elnarə Akimova, Mərziyyə Nəcəfova, Gülbəniz Babayeva, Maral Yaqubova, Fidan Əbdürrəhmanova, Elnarə Qaragözova, Esmira Fuad, Bahar Məmmədova, İlhamə Ağazadə, Mənzər Hüseynova, Gülnar Qəmbərova, Pərvanə Məmmədli və Hənifə Səlifova konfransa qatılaraq mövzu ilə bağlı məruzə ediblər.