Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycanlı gənc alim beynəlxalq konfransda məruzə ilə şixiş edib

11-12-2020 [ 19:51 ] [ oxunub:65 ]
printerA+ | A-
100383

Qırğızıstan Respublikasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Çingiz Aytmatov yaradıcılığı gənc tədqiqatçıların elmi araşdırmalarında”  adlı Beynəlxalq onlayn elmi-praktiki konfransı keçirilib. Konfransda Azərbaycan, Qırğızıstan, Türkiyə, Tatarıstan, Özbəkistan və Qazaxıstanın ayrı-ayrı universitetlərindən olan ümumilikdə 18 gənc alim və tədqiqatçının məruzəsi dinlənilib. Azərbaycan Milli Eləmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, Çingiz Aytmatov yaradıcılığının tədqiqatçısı Mehman Həsənli konfransda “Çingiz Aytmatov və Azərbaycan ədəbiyyatı” başlıqlı məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan-Qırğızıstan ədəbi əlaqələrinin inkişafında Çingiz Aytmatov fenomeninin rolundan, Azərbaycanda görkəmli yazıçı haqqında aparılan tədiqatlardan, əsərlərinin dilimizə tərcüməsi və nəşrindən bəhs edilib.

Xatırladaq ki, fil.f.d. Mehman Həsənli Çingiz Aytmatov haqqında filologiya üzrə fəlsəfə doktorluğu işi müdafiə edib, bu mövzuda 40-dan artıq elmi məqalənin, iki monoqrafiyanın müəllifidir. Onun müəllifi olduğu “Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası dünyaşöhrətli yazıçının həyatı, yaradıcılığı və Azərbaycanla olan əlaqələrini özündə ehtiva edən əhəmiyyətli mənbədir.

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR