Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920) / ön sözün müəl. Elmira Qasımova; elmi red. Şahbaz Şamıoğlu, rəyçilər: Zaman Əsgərli, Aslan Salmansoy. - Bakı: Avropa, 2019. - 194 s.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əliyevanın və Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımovanın birgə tərtibçiliyi ilə “Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” biblioqrafik göstərici kitabı nəşr olunub.
Kitabda 1906-1920-ci illərdə nəşr olunan 13 satirik jurnalın səhifələrindəki gizli imzalar qeydə alınıb, onların işlənmə mənbələri göstərilib.
Yeni nəşr naməlum və gizli imzalarla çıxış edən Azərbaycan müəlliflərinin ədəbi irsinin müəyyən edilməsi və toplanılması istiqamətində tədqiqatçıların istinad edəcəkləri mənbə kimi yararlıdır.