Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Rəsmi xəbərlər

“AMEA-nın professoru” elmi adı üçün növbəti müsabiqə başlayır

04-04-2019 [ 10:10 ] [ oxunub:43 ]
printerA+ | A-
98879

“AMEA-nın professoru” elmi adını almaq üçün növbəti müsabiqə keçiriləcək. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin  iclasında verilib.

İclasda bildirilib ki, “AMEA-nın professoru” adına namizədlər elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə irəli sürülməlidir. Qeyd olunub ki, müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, elmi ictimaiyyət tərəfindən qəbul olunan milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər eldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorları iştirak edə bilərlər.

SİZƏ MARAQLI OLA BİLƏR