Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Anlaşma Memorandumu imzalandı

22-05-2023 [ 12:46 ] [ oxunub:37 ]
printerA+ | A-
103395

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkiyə Cümhuriyyətinin Fırat Universiteti arasında faydalı əməkdaşlıq çərçivəsində elmi əlaqələrin inkişaf etdirilməsi niyyətilə, birgə fəaliyyətin təşkili istiqamətində iki elm və təhsil müəssisəsinin bərabərhüquqlu səylərini hüquqi müstəvidə birləşdirən Anlaşma Memorandumu imzalanmışdır.

Əməkdaşlıq sənədini Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli təsdiqləmişdir.  Fırat Universitetinin rəsmi dəvəti ilə Elazığ şəhərində səfərdə olan, müvafiq əlaqələrin kordinatoru, filologiya elmləri doktoru, professor Asif Rüstəmli institut tərəfindən təsdiqlənmiş Anlaşma Memorandumunu imza üçün Fırat Universitetinin rektoru, Prof.Dr. Fahrettin Göktaş cənablarına təqdim etmişdir.

Memorandum ilkin olaraq beş il müddətinə qüvvədə qalmaqla Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin birgə tədqiq edilməsi, mədəniyyətlərarası dialoqun təşkili, Türk xalqlarının folklorunun müştərək araşdırılması, beynəlxalq layihə və proqramların həyata keçirilməsində tərəflərin nümayəndə­lərinin müştərək iştirakının təmin edilməsi, razılaşdırılmış fəaliyyət çərçivəsində alim və mütəxəssislərin mübadiləsi, onların peşəkar bacarıqlarının təkmilləşdirilməsinin  təmin edilməsi, elmi-tədqiqat institutuları, kitabxana və arxivlərdə tədqiqat işlərinin həyata keçirilməsinə şərait yaradılması, qarşılıqlı əhəmiyyət kəsb edən müştərək seminar, simpozium, elmi konfrans, toplantı və sərgilərin keçirilməsi və s. mühüm əhəmiyyət kəsb edən fəaliyyət istiqamətlərini özündə əks etdirir.

Türkiyə Cümhuriyyətinin Fırat Universitetində 2023-cü il 18 may tarixində Anlaşma Memorandumunun imzalanma mərasimi təşkil edilmişdir. Mərasimdə Universitetin rektoru, Prof.Dr. Fahrettin Göktaş, Universitetin elmi işlər üzrə prorektoru, Prof.Dr. Soner Özgen, İnsani və Sosial Bilimlər Fakültəsinin dekanı Prof.Dr. Əbdülhəlim Aydın, dekan yardımçısı Dos.Dr. Seda Arıkan, Çağdaş Türk ləhcələri və ədəbiyyatları bölümünün öyrətim üyesi, TÖMER-in müdiri, Dos.Dr. Süleyman Kaan Yalçın, araşdırmaçı, doktor Veysəl Qaraca, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən baş elmi işçi, filologiya elmləri doktoru, professor Asif Rüstəmli və b. iştirak etmişlər.

İnstitutun təmsilçisi Prof.Dr. A.Rüstəmli AMEA-nın prezidenti, akademik İsa Hıbibbəylinin salamlarını Fırat Universitetinin rektoru, Prof.Dr. Fahrettin Göktaşa çatdırmış, əməkdaşlıq əlaqələrindən məmnunluq duyğularını ifadə etmişdir.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR