Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

İnformasiya cəmiyyətində kitab, mütaliə və yaddaş institutları: alimlərimiz beynəlxalq Bişkek konfransında

30-05-2023 [ 11:54 ] [ oxunub:165 ]
printerA+ | A-
103425

Qırğızıstan Respublikasının paytaxtı  Bişkek şəhərində “İnformasiya cəmiyyətində kitab, mütaliə və yaddaş institutları” mövzusunda  III Beynəlxalq elmi-praktik konfrans  (Bişkek, 24-27 may 2023-cü il) keçirilmişdir. Konfransın təşkilatçıları YUNESCO-nun “İnformasiya hamı üçün”  Proqramı, Regionlararası Kitabxana Əməkdaşlıq Mərkəzi və  Qırğızıstan Respublikasının Milli Tarix Muzeyidir.  Bişkekdə keçirilən bu beynəlxalq konfransda  Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Belorusiya, Rusiyadan olan nümayəndələr tarixi-mədəni irsin populyarlaşması, yaddaş institutlarının funksiyalarının  və infrastrukiturunun daha  səmərəli fəaliyyətinin təmin edilməsi  və mütaliə mədəniyyətinin yeni inkişaf perspektivlərinə dair məsələləri  müzakirə etdilər.

Mütaliənin dəstəklənməsi və inkişafı infrastrukturunun əsas təsisatlarının - təhsil müəssisələrinin, kitabxanaların, muzeylərin, nəşriyyatların və Medianın fəaliyyətinin stimullaşdırılması, peşəkarlığın artırılması, mütaliəyə dəstək və inkişaf proqramlarının tərtibatçıları və icraçıları qarşısında duran siyasi və sosial məqsəd və vəzifələrin nəzəri əsaslarının, multidissiplinar biliklərin (fəlsəfə, mədəniyyətşünaslıq, sosiologiya, politologiya, idarəetmə nəzəriyyəsi, informatika, kitabxanaşünaslıq və s.) milli siyasətin formalaşması proseslərinə təsiri imkanlarının öyrənilməsi  beynəlxalq konfransın gündəliyinin əsas məslələri idi.  Xüsusilə, uşaq və gənclərin mütaliəsinin əhəmiyyəti, aktuallığı, dəstəklənməsi, inkişafı bu sahədə problemlərin aradan qaldırılması yolları,  mütaliənin təşviqinə medianın diqqətinin artırılması, bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi və təbliği konfransın kitabxanalara dair bölmələrinin əsas müzakirə mövzuları idi. 

Konfransda təhsil (universitetlər, kolleclər, məktəblər),  mədəniyyət (kitabxanalar, muzeylər, arxivlər),   elmlər (sosial və humanitar elmlər üzrə tədqiqat institutları),  rabitə və informasiya (kütləvi informasiya vasitələri, təşkilatlar və media sahəsinin ayrı-ayrı nümayəndələri),  nəşriyyatlar,   kitab ticarəti müəssisələri, ictimai təşkilatlar,  dövlət qurumlarının nümayəndələri, yazıçılar, jurnalistlər olmaqla yüzdən çox nümayəndə iştiraki edirdi.

Konfransın açılış mərasimində Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Təbriik məktubu, Qırğızıstan Respublikası Parlamenti Nurlan Şakiyevin,   Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti Naziri Altınbek Maksudovun, Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirlnin müavini Cəmilə İsayevanın, Qılrğızıstan Respublikası  Milli Tarix muzeyinin direktoru, Qırğızıstan EA müxbir-üzvü , filologiya elmləri doktoru  Yıldız Bakaşovanın və YUNECKO-nun “İnformasiya hamı üçün” proqramının Regionlararası Kitabxana Əməkdaşlıq Mərkəzinin direktoru  Sergey Bakeykinin çıxışları dinlənildi.

Konfransda Azərbaycanı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Elmi informasiya” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva, Milli Azərbaycan Tarixi Muzeyinin  Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent  Məhfuzə Zeynalova təmsil edirdilər.  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Elmi informasiya” şöbəsinin müdiri Zakirə Əliyeva “Uşaq və gənclik ədəbiyyatı dünyasında: populyarlaşma və mütaliə məsələləri” mövzusunda məruzə etmiş,  eyni zamanda,  “İnformasiya texnologiyalarının mütaliə mədəniyyətinə təsirinin müsbət və mənfi cəhətləri”, “İnformasiya cəmiyyətində Ədəbi-mədəni irs”., “Rəqəmsal əsrdə tarixi və mədəni irsin populyarlaşması”, “Yeni kitab sənayesinin doğulması böhran kimi”, “Kitabxanalar yaddaş, mütaliəyə dəstək və təbliğat  müəssisələri kimi”, “Rəqəmsal əsrdə media və informasiya”, “Rəqəmsal dünya və real obyekt: təqdimat formatları”, “Yaddaş institutları rəqəmsal dünyada: yeni yanaşmalar və təcrübə”   və s.  informasiya cəmiyyəti üçün aktuallığını saxlayan mövzularıda aparılan müzakirələrin iştirakçısı olmuşdur.

Milli Azərbaycan Tarixi Muzeyinin  Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini Məhfuzə Zeynalova  “Milli Azərbayan Tarixi Muzeyi müasdir cəmiyyətin dəyərlər5sistemində” mövzusunda məruzə etməklə yanaşı, "Muzey işi və mədəni dəyərlərin mühafizəsi" başlıqlı  bölmənin iclaslarına moderatorluq etmiş, “Milli Muzey ərazi brendi kimi”, “Ədəbi ekspozisiya oxucu marağının formalaşması məkanı kimi”, “Böyük Altay - türklərin vətəni: virtual muzeyi: təcrübə, rəqəmsallaşdırılmış materialların yaradılması və təqdimatı” və s. mövzularda aparılan müzakirələrin iştirakçısı olmuşdur.

Konfrans günlərində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun  95 illiyinə həsr olunmuş “Muzey işi və mühafizəsi mədəni dəyərlər kontekstində”  mövzusunda keçirilən müzakirələr xüsusilə maraq doğurdu. Konfrans iştirakçıları Çingiz Aytmatovun ev-muzeyini, “Ata-Beyit” muzeyini, Çingiz Aytmatovun abidəsini ziyarət  etdilər. Yazıçının bacısı Roza Aytmatova ilə görüş keçirildi. Çingiz Aytmatovun ev-muzeyinə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimlərinin yazıçının yaradıcılığına həsr etdikləri elmi araşdırmalardan ibarət nəşrlər, Milli Tarix Muzeyinin eksponatlarından yazıçının Azərbaycandakı görüşlərini əks etdirən rəsmləri hədiyyə edildi.

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR