Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Qazaxıstanda "Füzulinin fəlsəfi irsi" kitabının təqdimatı keçirilib

26-09-2024 [ 11:32 ] [ oxunub:416 ]
printerA+ | A-
104825

24-26 sentyabr 2024-cü il tarixlərində Astanada  (Qazaxıstan) Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. Mədəniyyət Günləri çərçivəsində filologiya elmləri doktoru Fəridə Əzizovanın  Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş  "Füzulinin fəlsəfi irsi"  adlı kitabının təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Milli Kitabxanasının di­rektoru professor Kərim Tahirov, Azərbay­can Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədri Rüstəm Əli, Azərbay­can mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Türk Mədə­niyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, AMEA-nın Ədəbiyyat İns­titutunun şöbə müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova və başqaları çıxış ediblər. 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR