Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan alimi Fəridə Hicranın məqaləsi ispan dilində “Universidad y Sociedad” dərgisində dərc olunub

12-07-2023 [ 12:07 ] [ oxunub:95 ]
printerA+ | A-
103606

Azərbaycan alimi Fəridə Hicranın "Əlişir Nəvainin “Fərhad və Şirin” əsərində Nizami Gəncəvi yaradıcılığının paralelliyi" adlı məqaləsi Scopus indexli jurnalda ispan dilində dərc edilmişdir.

“Universidad y Sociedad” (RUS) jurnalı öz elektron versiyasında Cienfuegos Universitetinin XXX illik yubileyi ərəfəsində təsis edilib. Dərgi milli və beynəlxalq səviyyədə fənlərarası və mürəkkəb olan sosial elmlər, humanitar elmlər, iqtisadiyyat, texniki və digər sahələrdə mübadilələri təşviq etmək məqsədi ilə yaradılmışdır.

Jurnal hər buraxılışın həcminin səksən faizini (80%) və ya daha çox hissəsini orijinal məqalələrin nəşrinə ayırır; qalanı isə elmin və innovasiyanın yayılması ilə bağlı məsələlərə həsr edilir.

“Universidad y Sociedad”da nəşrin spesifik üstünlükləri arasında, ilk növbədə, iqtisadi, hüquqi və texnoloji inhisarların və məhdudiyyətlərin aradan qaldırılmasına kömək edən ispan dilində elmi ədəbiyyata açıq çıxış xarakterini nəzərə almaqda müəlliflər üçün faydalıdır.

https://rus.ucf.edu.cu/index.php/rus/article/view/3878