Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

22-12-2021 [ 11:23 ] [ oxunub:235 ]
printerA+ | A-
101784

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük türk şairi Yunus Əmrənin 780 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin Din Xidmətləri Müşaviri Zəki Yavuz Yılmaz, Bakı Yunus Əmrə İnstitutunun müdiri Səlcuq Karakılıç, TİKA-nın Bakı koordinatoru Fatih Yılmaz və başqa ziyalılar iştirak ediblər.

Konfransı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. O bildirib ki, Azərbaycanda ölkəmizin Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi ili” keçirilir, qardaş Türkiyə Cümhuriyyətində isə Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın Sərəncamı ilə 2021-ci il “Yunus Əmrə və türkcə ili” kimi qeyd edilir. “Biz Ədəbiyyat İnstitutu olaraq iyul ayının 12-də Ankarada Yunus Əmrə zirvə toplantısında təmsil olunmuşuq. İl boyu elmlər akademiyasında Yunus Əmrə tədbirləri keçirilib, tədqiqatlar aparılıb, məqalələr çap olunub. Biz də özümüzə borc bilirk ki, Yunus Əmrə irsinin tədqiqinə öz töhfəmizi verək. Bunlardan birincisi Ədəbiyyat İnstitutunun çap etdiyi “Ədəbiyyat tarixi” kitabında ilk dəfə olaraq Yunus Əmrə haqqında ayrıca oçerk verməyimiz, ikincisi isə Yunus Əmrənin “Divan”ını çap etməyimizdir. Yunus Əmrənin “Divan”ı Türkiyədə bir neçə dəfə çap olunub. Biz bu nəşri hazırlayarkən şairin 417 şeirini Əbdülbaqi Gölpınarlının, Mustafa Tatçının, Fatih Köksalın hazırladığı variantlara və Vatikan nüsxəsinə  əsasən çap etmişik. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun çap etdirdiyi kitab XIII əsr Türk şairi Yunus Əmrənin Türkiyədə müxtəlif illərdə çap olunmuş divan nəşrlərindən istifadə olunmaqla tərtib olunub”.

Akademik əlavə edib ki, bu regionda güc sahibi Azərbaycan və Türkiyədir. Bu birliyi dünya da dəstəkləyir, çünki dövlət başçılarımız regionda bütün xalqların maraqlarını nəzərə alaraq hamıya fayda verəcək bir siyasət həyata keçirirlər. Bu birlik və həmrəylik Türkiyə Cümhuriyyətinin və Azərbaycan dövlətinin inkişafı üçün də böyük əhəmiyyətə malikdir. Hesab edirəm ki, Yunus Əmrə konfransını keçirtmək, kitabını təqdim etmək bizim min illərdən gələn qardaşlığımızın, birliyimizin Yunus Əmrə işğında bəyan olunması deməkdir”.

         Sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin Din Xidmətləri Müşaviri Zəki Yavuz Yılmaz çıxışında cənab səfir Cahit Bağcının salamlarını çatdırıb. O bildirib ki, 2021-ci il Türk dili və mədəniyyətinin ən önəmli şəxsiyyətlərindən xalq şairi, mütəsəvvüf Yunus Əmrənin vəfatının 700-cu il dönümü olması münasibətilə YUNESKO tərəfindən anma və kutlama il dönümləri elan edilmişdir. Eyni zamanda 2021-ci il  “Yunus Əmrə və türkcə ili” elan edilib. Yunus Əmrə Anadolu irfanının qurucularındandır.

Bakı Yunus Əmrə İnstitutunun müdiri Səlcuq Karakılıç çıxışında vurğulayıb ki, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili”, Türkiyədə isə “Yunus Əmrə və türkcə ili” elan olunub. Yunus Əmrə “Divan”ı Azərbaycanda nəşr edilib. Bunun bənzəri olaraq Nizami Gəncəvinin əsərlərindən biri Türkiyədə çap olunacaq.

TİKA-nın Bakı koordinatoru Fatih Yılmaz çıxışnda bildirib ki, böyük türk şairi Yunus Əmrənin doğumunun 780-ci ildönümünə ithafən bu gün burada bir araya gəldik. Beynəlxalq elmi konfrans vəsiləsi ilə burada olduğum üçün məmnuniyyət ifadə etmək istəyirəm. Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” anlayışına dayanan birliyin və qardaşlığın təməlində ortaq dil, tarixi bağlarımız dayanır. Türk dili və mədəniyyətinin ən önəmli şəxsiyyətlərindən olan böyük türk şairi Yunus Əmrə və Azərbaycan ədəbiyyatının böyük şairi Nizami Gəncəvi bu birlik və qardaşlığı ən gözəl şəkildə təmsil edən şəxsiyyətlər sırasındadır. 2021-ci ilin Türkiyədə “Yunus Əmrə və türkcə ili”, Azərabycanda isə  “Nizami Gəncəvi ili” olaraq elan edilməsi və bu səbəbdən təşkil olunan tədbirlər iki böyük şairimizi anlamaq və onların çağları aşan mesajlarını dünyaya anlatmaq baxımından önəmlidir.

Konfransda filologiya elmləri doktoru, professor Məmməd Əliyev “Yunus Əmrə şeirinin poetikası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətova “Yunus Əmrə şeirlərində insanın özünü dərki”, Recep Tayyib Erdoğan Universitetinin professoru Orhan Kamal Tavukçu “Yeni bəlgə və bilgilər işığında Yunus Əmrə”, Sakarya Universitetinin professoru Haşım Şahin “Yunus Əmrə sözünün gücü”, filologiya üzrə fəlsəfə doktoru Fəridə Vəliyeva “Yunus Əmrə və folklor” adlı məruzələrlə çıxış ediblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR