Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Qarabağ mövzusunu əks etdirən dram əsərlərin, ssenarilərin,filmlərin janr xüsusiyyəti, problematikası və obrazları

11-10-2023 [ 08:58 ] [ oxunub:339 ]
printerA+ | A-
103771
Müstəqillik Dövrü Azərbaycan Ədəbiyyatında Qarabağ Mövzusunu Əks Etdirən Dram Əsərlərin, Ssenarilərin, Filmlərin Janr Xüsusiyyəti, Problematikası və Obrazları
Filologoiya elmləri doktoru Salidə Şərifova 


Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən dram əsərlərin, ssenarilərin, filmlərin janr xüsusiyyəti maraq doğurur. Birinci Qarabağ müharibəsinə və Vətən müharibəsinə aid məqamları ictimaiyyətə təqdim edən dram əsərləri, ssenarilər, filmlər milli şüura təsirsiz ötüşmür. Məsələn, ədəbiyyatın ən konservativ, ən mühafizəkar növü olan dramaturgiya ədəbi həyata təsir edərək, bədii fikrin inkişafına təkan verir. Dramatik növdə bədii nümunə yaratmağın məsul iş olması tədqiqatçılar tərəfindən qeyd edilir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən dram əsərlərin, ssenarilərin, filmlərin problematikasında müharibənin xalq həyatına təsiri açıqlanır. Həmçinin xalqın müharibə dövründəki yaşantılarının kiçik modeli yaradılaraq interaktiv şəkildə cəmiyyətə təqdim edilir. Müharibə mövzusu real həyat hadisələri fonunda bədii material deyil, cəmiyyətin keçdiyi tarixi mərhələnin bədii inikasıdır. Qarabağın azadlığı uğrunda mübarizənin əsas qayəsinə çevrilmiş milli birliyimiz, azərbaycançılıq, itirilmiş torpaqlarımızın azad olunması ideyaları əsas olaraq özünü göstərir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən dram əsərlərin, ssenarilərin, filmlərin problematikası, əsasən millətin problemlərini iki istiqamətdə əks etdirir: Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi

 

SİZƏ MARAQLI OLA BİLƏR