Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda “Polşa Respublikasının Ədəbiyyat üzrə “Nobel mükafatı laureatlarının yaradıcılığı” adlı tədbir keçirilib

29-03-2023 [ 15:18 ] [ oxunub:93 ]
printerA+ | A-
103220

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Polşa Respublikasının Ədəbiyyat üzrə “Nobel mükafatı laureatlarının yaradıcılığı” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açıb. O qeyd edib ki, Bakı Slavyan Universiteti ilə birgə təşkil etdiyimiz tədbir Polşa Respublikasının Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığına həsr olunub. Təbii ki, Azərbaycan-Polşa ədəbi əlaqələrinin çox zəngin tarixi keçmişi vardır. Xüsusilə XX əsrin əvvələrində bu əlaqələr daha da güclənib. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yaranan münasibətlər əlaqələrimizin yeni səhifəsini təşkil etməkdədir. Ədəbiyyat İnstitutu da ədəbi əlaqələrinin inkişafına önəmli töhfələr verib.

Bakı Slavyan Universitetinin prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov çıxışında Ədəbiyyat İnstitutu ilə BSU arasında yaradılmış bu cür əməkdaşlıqdan məmnunluq duyduğunu vurğulayıb.

Tədbirdə Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova “Henrik Senkeviç”, Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Olqa Tokarçuk”, BSU-nun Slavyan filologiyası kafedrasının baş müəllimi Elnarə Abdulrəhmanova “Vislava Şımborska”, polyak diasporasının nümayəndəsi Aleksandr Kostin “Polşa ədəbiyyatının polyak icması və tələbələr arasında təbliği haqqında” məruzələrlə çıxış ediblər.

Tədbirin bədii hissəsində BSU-nun tərcümə fakültəsinin tələbələri polyak ədəbiyyatı nümunələrindən seçmələr səsləndiriblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR