Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Akademik İsa Həbibbəyli “Türk xalqları arasında təhsil hərəkatı və Abayın yaradıcılığı” adlı Beynəlxalq konfransda iştirak edib

14-12-2020 [ 15:21 ] [ oxunub:101 ]
printerA+ | A-
100391

Akademik İsa Həbibbəyli “Türk xalqları arasında təhsil hərəkatı və Abayın yaradıcılığı” adlı Beynəlxalq konfransda çıxış edib

 

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Türk xalqları arasında təhsil hərəkatı və Abayın yaradıcılığı” adlı Beynəlxalq elmi-praktik onlayn konfransda iştirak edib.

Qazaxıstan, Qırğızıstan, Özbəkistan kimi ölkələrin alimlərinin qatıldığı konfransı Tatarıstan Respublikasının Elmlər Akademiyasının prezidenti, akademik Məkzum Salahov açıb.

Akademik İsa Həbibbəyli konfransdakı çıxışında Abay Kunanbayevin türk xalqları ədəbiyyatındakı özünəməxsus yerindən söz açıb. O bildirib ki, Abay  qazax xalqının böyük ideallarının yazarıdır. Dədə-Qorqud bütöv türk dünyası üçün kimdirsə, Abay da Qazaxıstan üçün odur.

Akademik həmçinin Abay yaradıcılığının Azərbaycanda təbliği və tədqiqi məsələlərindən də danışıb. Mahmud Kaşqari adına Beynəlxalq Fondun “İRS” seriyasından böyük qazax şairi Abayın bütün şeirlərinin, poemalarının və “Qara sözləri”nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabın bu yaxınlarda nəşr olunduğunu diqqətə çatdırıb. Azərbaycanda da böyük qazax şairinə həsr olunmuş konfransların keçirildiyini bildirib.

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR