Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda Respublika konfransı keçiriləcək

20-06-2023 [ 10:03 ] [ oxunub:54 ]
printerA+ | A-
103557

Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası və AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda Respublika konfransı keçiriləcək. Konfransın plenar iclası 22 iyun saat 11:00-da AMEA-nın əsas binasının Dairəvi zalında baş tutacaq.

“Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” adlı Respublika konfransında gənc alim və mütəxəssislər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər. Respublika konfransı iyun ayının 24-ə qədər davam edəcək.