Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Xəbərlər

Ədəbiyyat İnstitutunda ilk magistr müdafiəsi

30-05-2018 [ 16:54 ] [ oxunub:189 ]
printerA+ | A-
82241

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Nəsimi adına Dilçilik İnstitutu ilə birlikdə Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş filologiya üzrə ixtisaslaşdrılmış müdafiə şurasının iclasını keçirib.

         İclası giriş sözü ilə Şuranın sədri, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli bildirib ki, bu gün baş tutan magistr müdafiəsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixində əhəmiyyətli hadisədir. İnstitutun ilk magistrantları öz dissertasiyalarını müdafiə edirlər. Akademik çıxışında Akademiyada magistratura pilləsində təhsilin açılmasının əhəmiyyətindən bəhs edib.

Daha sonra ixtisaslaşdrılmış müdafiə şurasının katibi sos.f.d. Samir Səttarov çıxış edərək iddiaçıların tərcümeyi-hal, ümumi müvəffəqiyyət göstəriciləri, magistratura müddətində göstərdikləri elmi nəticələrlə kommisiya üzvlərini tanış edib.

         Xatırladaq ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun magistrantları Könül Əliyeva “Nizami Gəncəvinin yaradıcılığında elm: Dünyanın bədii dərki və mənəvi kamillik”, Pəri Həsənli “Füzulinin “Söhbətül-Əsmar” poeması: mübahisələr və həqiqətlər” və Nəsimi adına Dilçilik İnstitutunun magistrantları Türkan Əzizzadə “Akademik N.Y.Marr və H.Acaryan qədim erməni dili haqqında”, Əsgərova Böyükxanım “Tövratdakı adların Azərbaycan dilində transliteriasiyası” və Aysel Quliyeva “Təbrizli Arakelin “Tarix kitabı” əsərində türk mənşəli etnotoponimlər” mövzularında magistr dissertasiyalarını uğurla müdafiə ediblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR