Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

“Horison 2020 - Erasmus KA 107” proqramı çərçivəsində akademik səfər

14-06-2022 [ 12:53 ] [ oxunub:39 ]
printerA+ | A-
102491

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Horison 2020 - Erasmus KA 107” proqramı çərçivəsində 06.06.2022-10.06.2022-ci il tarixlərində Polşa Respublikasının Byalistok Universitetində akademik səfərdə olub.

Səfər zamanı o, Byalıstok Universitetinin tələbələrini AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə tanış etmiş, Azərbaycan ədəbiyyatının dövrləşmə konsepsiyası, Azərbaycan – Polşa ədəbi əlaqələri və Azərbaycan ədəbiyyatının qısa şərhi barədə məruzələr oxuyub.

AMEA  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutununun direktoru akademik İsa Həbibbəyli  zoom vasitəsi ilə İlk məruzədə Byalıstok universitetinin tələbələrini salamlamış, onlara Azərbaycan, ölkəmizin siyasəti və ədəbiyyatı haqqında məlumat vermiş, elmi mərkəzlər  arasında əməkdaşlığın daha da genişlənməsinin zərurətini vurğulamışdır.

Samir Səttarov səfər zamanı Byalistok Universitetinin prorektoru professor Yaroslav Matveyuk, universitetin filologiya bölməsinin dekanı professor Yaroslav Lavski və bir neçə məsul şəxslə də görüş keçirmişdir.  Həmin görüşlərdə elmi qurumlar arasında gələcək əməkdaşlıq perespektivləri müzakirə edilib, birgə konfransların təşkili, qarşılıqlı məqalələrin  çapı haqqında müzakirələr aparılıb.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR