Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Tehran Əlişanoğlu. Mənim prezidentim.Ulu Öndər Heydər Əliyevin 100 Yaşına

09-05-2023 [ 19:58 ] [ oxunub:250 ]
printerA+ | A-
103344

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Mənim prezidentim. Ulu Öndər Heydər Əliyevin 100 Yaşına” kitabı işıq üzü görmüşdür. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 30 mart, 2023-cü il, 2 saylı iclasının qərarı ilə nəşr olunub.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçisi filologiya elmləri doktoru Elnarə Akimovadır.

Kitabda ədəbiyyatşünas alimin  Ulu Öndər Heydər Əliyev mövzusunda məqalələri yer alıb. “Heydər Əliyevin tarixi obrazı”, “Azərbaycan, Azərbaycan”, “Heydər Əliyevin ədəbiyyat sevgisi”, “Ədəbiyyatda Heydər Əliyev obrazı”, “Müstəqillik ədəbiyyatı və Heydər Əliyev” bölmələrindən ibarət olan nəşr Ulu Öndərin tarixi obrazına ədəbiyyatdan işıq salmaqla yanaşı, Heydər Əliyev və ədəbiyyat mövzusunu  genişliklə əhatə edir. “Ulu Öndər yolu” fəslində Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ədəbiyyatdan görünən obrazı əksini tapmışdır.

SİZƏ MARAQLI OLA BİLƏR