Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Lütviyyə Əsgərzadə. Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı

03-06-2023 [ 13:43 ] [ oxunub:106 ]
printerA+ | A-
103445

Lütviyyə Əsgərzadə. Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı. Bakı, 2023, 360 s.

Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 mart 2003-ci il tarixli 2 saylı iclasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının 4 may 2023-cü il tarixli 7 saylı iclasının qərarları ilə çap olunmuşdur. Kitasbın elmi redaktoru akademik  İsa Həbibbəyli, Ön sözün müəllifi  filologiya elmləri doktoru, professor Cəlal Qasımov, rəyçi: filologiya elmləri doktoru, professor İslam Qəribovdur. İdeya müəllifi və redaktoru Gülbəniz Babaxanlı filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlıdır.  

Kitabda XX əsr Azərbaycan romantizminin banisi, ədəbiyyatda özünəməxsusluğu ilə seçilən, yaradıcılığında Qərb və Şərq ədəbiyyаtı ənənələrini dаvаm və inkişаf еtdirən filosof Hüsеyn Cavidin həyatı və yaradıcılığı araşdırılır. Hüseyn Cavid müxtəlif münasibətlər, müxtəlif ədəbi qüvvələrlə ünsiyyətlər, bölüşmələr, mübahisələr fonunda təhlil edilir, Qurbanəli Şərifzadə, Şeyx Məhəmməd, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, türk romantikləri Rza Tevfik, Məhmət Akif Ərsoy, Xalid Ziya Uşaqlıgil, Əbdülhəq Hamid və başqaları ilə olan yaradıcılıq əlaqələri sistemində təqdim edilir. Repressiya qurbanı olan filosof şair-dramaturq Hüseyn Cavidin bir romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri araşdırılır

File

SİZƏ MARAQLI OLA BİLƏR