Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Xəzər Gənclər Evi”ndə “Dil və milli kimlik” mövzusunda mühazirə dinlənildi

21-02-2024 [ 11:58 ] [ oxunub:336 ]
printerA+ | A-
104278

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi fil.f.d. Şəhanə Əliyeva Beynəlxalq ana dili günü münasibətilə Gənclər və İdman Nazirliyinin nəzdindəki “Xəzər Gənclər Evi”ndə “Dil və milli kimlik” adlı mühazirə ilə çıxış etmişdir. Mühazirədə ana dili hər bir toplumun, xalqın millət kimi formalaşmasının əsas amillərindən biri kimi göstərilmiş, Azərbaycan dilində mövcud ilk şifahi və yazılı mətnlərdən söhbət açılmışdır. Dilin saflığının qorunmasında hər bir vətəndaşın, xüsusilə gənclərin üzərinə düşən məsuliyyətdən söz açan məruzəçi həmçinin, türk xalqlarının ortaq ünsiyyət dili məsələsinə də toxunmuşdur. Sonda gənclərin sualları cavablandırılmış, onları maraqlandıran istiqamətlər üzrə müzakirələr aparılmışdır.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR