Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

Professor Asif Rustamli held a master class at Ganja State University

30-04-2024 [ 10:45 ] [ read:78 ]
printerA+ | A-
104504

Asif Rustemli, head of the "20th century literature" Department of the Azerbaijan National Academy of Sciences Nizami Ganjavi Institute of Literature, Doctor of Philologiy, Professor Asif Rustemli attended the Master class on the subject of "Jafar Jabbarli's work of the Republic period and his place in the national independence movement" at the Faculty of Philology of Ganja State University.

              Görkəmli tədqiqatçı-alim, tanınmış Azərbaycan ədəbiyyatşünası, professor Asif Rüstəmli Gəncə Dövlət Universitetində ustad dərsi keçib.

   “Cəfər Cabbarlının Cümhuriyyət dövrü yaradıcılığı və milli istiqlal hərəkatında yeri” mövzusuna həsr edilən ustad dərsində universitetin professor-müəllim heyəti və Filologiya fakültəsinin tələbələri iştirak ediblər.

           GDU-nun Elm və innovasiyalar üzrə  prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək professor Asif Rüstəmlinin elmi-pedaqoji fəaliyyəti barədə məlumat verib. Bildirib ki, tədqiqatçı alim Asif Rüstəmlinin ədəbi, elmi və publisistik yaradıclığının başlıca mərhələləri Azərbaycanın milli-ictimai və humanitar fikir tarixinin öyrənilməsinə, təhlilinə və təbliğinə həsr olunub. Prorektor onu da diqqətə çatdırıb ki, Asif Rüstəmli dramaturq Cəfər Cabbarlının bizə məlum olmayan dram əsərlərini, şeirlərini, publisistikasını tapıb üzə çıxarmış və ədibin əsərlərini bütövləşdirmişdir. 

           Çıxışlardan sonra professor Asif Rüstəmlinin “Cəfər Cabbarlının Cümhuriyyət dövrü yaradıcılığı və milli istiqlal hərəkatında yeri” mövzusunda mühazirəsi dinlənilib. Məruzəçi görkəmli dramaturq, istiqlal mücadiləsinin fəal üvlərindən biri Cəfər Cabbarlının Azərbaycan Xalq Cümhuriyyəti dövrü və sonrakı fəaliyyət sahələri, sovet rejiminə qarşı qeyri-leqal mübarizədə Milli İstiqlal Hərəkatına  qoşulması və “İstiqlal” qəzetinin nəşri prosesində fəal iştirakı haqqında danışıb.

     Sonda mövzu ərtafında tələbələrin sualları cavablandırılıb.

      Qeyd edək ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, professor Asif Rüstəmli 14 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifidir.

https://gdu.edu.az

 

PHOTO GALLERY

OTHER NEWS