Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Ədəbiyyat İnstitutunun alimləri “IV Beynəlxalq Filoloji Simpozium”da

10-05-2018 [ 10:34 ] [ oxunub:124 ]
printerA+ | A-
80788

3-5 May 2018-ci il tarixlərində Türkiyədə Alanya Alaaddin Keykubat Universitetinin və Asoscongressin təşkilatçılığı ilə “4-cü Asoscongress; 4-cü Beynəlxalq Filoloji Simpozium” keçirilmişdir. 1500-dən çox  alimin iştirak etdiyi bu simpoziumda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu fil.ü.f.d., dosent Cavidə Məmmədova və fil.ü.f.d. Xanım Zairova təmsil etmişlər.

Fil.ü.f.d., dosent Cavidə Məmmədovanın “Cəlil Məmmədquluzadə və Ceyms Coysun yaradıcılığında insan və mühit problemi”, fil.ü.f.d. Xanım Zairovanın “R.M.Rilke və R.Rövşənin yaradıcılığında tənhalıq problemi” mövzusunda məruzələri böyük maraqla qarşılanmışdır.

Cavidə Məmmədovanın oturum başqanlığı ilə keçirilən paneldə də Xanım Zairova əlavə olaraq XVI-XVII əsrlərdə latın, yunan, hind-avropa və türk dillərinin qarşılıqlı inkişaf prosesi ilə bağlı məruzə etmişdir.

FOTO QALEREYA