Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

TƏQDİMATLAR

Vaqif Yusiflinin “Azərbaycan qəzəli” kitabının təqdimatı keçirilib

07-05-2018 [ 08:35 ] [ oxunub:139 ]
printerA+ | A-

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış ədəbi tənqidçi, İnstitutun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Azərbaycan qəzəli” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Vaqif Yusiflinin yaradıcılığından bəhs açıb. Akademik bildirib ki, Vaqif Yusifli ədəbi tənqid sahəsində bu günə qədər klassiklərimizin gördüyü işi uğurla davam etdirib. Onun “Azərbaycan qəzəıli” kitabı Azərbaycan qəzəlinin inkişaf tarixinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.

Təqdimat mərasimində İnstitutun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Elnarə Akimova “Azərbaycan ədəbi tənqidində Vaqif Yusifli obrazı” adlı məruzə ilə çıxış edib.

Tədbirdə  filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, filologiya elmləri doktoru Əlizadə Əsgərli, filologiya elmləri doktoru, professor Zaman Əsgərli, Şair Oqtay Rza, Səyyad Aran, filologiya elmlər doktoru, professor Vüqar Əhməd və başqaları  çıxış edərək alimin ədəbi tənqid sahəsində zəngin yaradıcılığından, “Azərbaycan qəzəli” kitabının müsbət məziyyətlərindən danışıblar.

Nizami adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

FOTO QALEREYA