Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

TƏQDİMATLAR

Səməd Vurğunun “Seçilmiş Əsərləri"nin təqdimatı keçirilib

13-04-2018 [ 16:35 ] [ oxunub:153 ]
printerA+ | A-

Səməd Vurğunun Ev Muzeyində şairin Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə çap olunan “Seçilmiş Əsərləri” nin təqdimatı keçirilmişdir. Tədbirdə filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev, filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı, filologiya üzrə elmlər doktoru, professor Rüstəm Kamal, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli çıxış etmiş, kitabın vurğunşünaslıq üçün dəyərli töhfə olduğunu vurğulamışlar.

Qeyd edək ki, “Seçilmiş Əsərləri” n ön söz və şərhlərinin müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Asan Salmansoy, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və rəyçisi filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlıdır.

FOTO QALEREYA