Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

TƏQDİMATLAR

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” kitabının təqdimatı olub

08-02-2018 [ 08:46 ] [ oxunub:61 ]
printerA+ | A-

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutununtəsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyat kitabxanası” seriyasından Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” kitabının təqdimatı olub.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açıb. Akademik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamları işığında Azərbaycan Milli Elmlər Akademiyasında görülən və görülməsi nəzərdə tutulan işlər barədə məlumat verib. O bildirib ki, “Azərbaycan mühacirət ədəbiyyat kitabxanası” seriyasından Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” kitabı Cümhuriyyət irsimizin də öyrənilməsi baxımından əhəmiyyət daşıyır.

Kitabın tərtibçisi, ön söz və qeydlərin müəllifi, filologiya üzrə fəlsəfə doktoruAbid Tahirli “Ceyhun Hacıbəylinin əsərlərinin nəşri tarixindən” adlı məruzə ilə çıxış edib.

  Tədbirdə daha sonra AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu (Mustafayev), filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd, kitabda yer alan bir çox əsərlərin fransız dilindən tərcüməçisi Mirzəbala Əmrahov, tarix üzrə elmlər doktoru, professor Solmaz Tohidi, mühacirət irsinin gənc tədqiqatçısı Dilqəm Əhməd, filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı, Ceyhun Hacıbəylinin qohumu professor Telman Ağdamski çıxış edərək yazıçının həyatı, yaradıcılığı ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər. Mirzəbala Əmrahov ədibin nəvəsi Kleman Hacıbəylinin tədbir iştirakçılarına ünvanladığı məktubu səsləndirib.

Xatırladaq ki, kitabda Ceyhun Hacıbəylinin mühacirətdə qələmə aldığı hekayələri, “Bir il xəyallarda... və bütöv bir ömür” adlı memuarı, elmi araşdırmaları və publisistik məqalələri toplanıb.