Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

GƏNC ALİMLƏR

Akademik İsa Həbibbəyli “İlin gənc alimi” adının qaliblərinə diplom və mükafatlar təqdim etdi

05-02-2018 [ 09:32 ] [ oxunub:257 ]
printerA+ | A-
74620

Gənclər günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açıb. Akademik çıxışında bildirib ki, Gənclər gününün qeyd olunması ilə bağlı təşəbbüs Azərbaycan xalqının görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyev tərəfindən atılıb. O, həmçinin Ulu öndərin uğurlu siyasətinin davamı olaraq ölkə başçısı, cənab prezident İlham Əliyev tərəfindən gəncliyə böyük diqqət və qayğı göstərildiyini bildirib. Akademik eyni zamanda AMEA-da aparılan gənclər siyasətindən bəhs edib. Bildirib ki, AMEA-da Gənc alim və mütəxəssislər şurası bu istiqamətdə uğurla çalışır. Eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat məcmuəsi”nin xüsusi gənclər sayının çap olunmasını, hər il keçirilən “Ədəbi proses” müşavirələrində gənclərə böyük önəm verilməsini, göstəricilərinə görə “İlin gənc alimi” mükafatının təqdimatını gənclərə verilən dəstəyin nümunələrindən olduğunu qeyd edib.

Daha sonra İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri, dosent Eşqanə Babayevə İnstitut gənclərinin ötən ildəki elmi fəaliyyəti barədə məruzə edib.  AMEA-nın Gənc alim və mütəxəssislər şurasının sədri, texnika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov ötən il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun gənclərinin fəlaiyyətini yüksək qiymətləndirib.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid çıxışında müstəqillik dövründə Azərbaycan gəncliyinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirib.

Daha sonra “İlin gənc alimi” adının qaliblərinə akademik İsa Həbibbəyli tərəfindən  diplom və mükafatlar təqdim olunub. Xatırladaq ki, İnstitutun Elmi şurasının “İlin gənc alimi” mükafatının verilməsi ilə bağlı ötən il qəbul etdiyi nizamnaməyə görə mükafat İnstitutdan müvafiq göstəricilərə cavab verən bir və ya bir neçə gəncə, eləcə ölkədən ilin nəticələrinə görə fərqlənən bir gəncə təqdim edilir. Göstəricilərinə uyğun olaraq İnstitutudan filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirova, ölkə üzrə filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva “İlin gənc alimi” adına layiq görülüblər.

02 fevral, 2018-ci il

 

FOTO QALEREYA