Dekabrın 8-də saat 12:00-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” adlı elmi konfrans keçiriləcək.
Tədbirdə "Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri: həyata keçirilən layihələr, perspektivlər”, “Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 2 ildə Daşkənddə özbək dilində çap olunan kitablar haqqında” və digər mövzularda məruzələr dinləniləcək. Həmçinin “Əzəli dostluq riştələri” adlı filmin nümayişi olacaq.
Konfrans çərçivəsində AMEA-nın Ədəbiyyat İnstitutu, Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında üçtərəfli əməkdaşlığa dair memorandumun imzalanması da nəzərdə tutulub.