25 sentyabr 2017-ci il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Gənc Alim və Mütəxəsislər Şurasının növbəti iclası keçirilmişdir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu GAMŞ-ın sədri, fil.f.d. dos. Eşqanə Babayeva giriş sözü ilə iclası açaraq gündəlikdə duran məsələlər barəsində məlumat verdi.
İclasda bir sıra cari məsələlər və dekabr ayında keçirilməsi nəzərdə tutulan Gənc Alimlərin Qurultayı ilə bağlı müzakirələr aparılmış, gənc alimlər təkliflərini irəli sürmüşlər.