Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

TƏQDİMATLAR

“Məhəmmədüseyn Şəhriyar biblioqrafiya” kitabının təqdimatı keçirilib

19-09-2017 [ 08:15 ] [ oxunub:95 ]
printerA+ | A-

18 sentyabr görkəmli söz ustadı Məhəmmədüseyn Şəhriyarın xatirə günü kim qeyd olunur. Bu münasibətlə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tədbir keçirilib. Tədbirdə “Məhəmmədüseyn Şəhriyar biblioqrafiya” kitabının təqdimatı olub.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli Azərbaycanda şəhriyarşünaslığın ayrıca bir istiqamət kimi inkişafı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bu istiqamətdə gördüyü işlərdən danışıb. O, Şəhriyar yaradıcılığının və bu istiqmətdə aparılan tədqiqatların iki qonşu ölkə arasındakı elmi-mədəni əməkdaşlığa mühüm töhfələr verdiyini bildirib.

Daha sonra çıxış edən İnstitutun aparıcı elmi işçisi, biblioqrafik göstəricinin tərtibçisi Esmira Fuad Şükürova “Məhəmmədüseyn Şəhriyar biblioqrafiya” kitabını tədbir iştirakçılarına təqdim edib.

İnstitutun elmi işlər üzrə direktor müavini professor Əlizadə Əsgərli, professor İslam Qəribli, professor Asif Rüstəmli və elmi işçi Fikrət Əhmədov Şəhriyarın yaradıcılığından və biblioqrafik göstəricinin əhəmiyyətindən danışıblar.

Xatırladaq ki, Məhəmmədüseyn Şəhriyar biblioqrafiya” kitabının elmi redaktoru akademik İsa Həbibbəylidir. Esmira Fuad Şükürova tərəfindən tərtib olunan nəşrin ixtisas redaktorları  filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva və Xuraman İsmayılovadır.