007-ci ilin ötən dövrü Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun həyatında bir neçə yeni uğurlarla əlamətdar olmuşdur.
Onlardan ən əhəmiyyətlisi çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildinin işıq üzü görməsidir. Bu cilddə ən qədim zamanlardan XIII əsrə qədər olan dövr əhatə edilmişdir. İlk yazılı qaynaqları eramızdan əvvəl VI əsrə gedib çıxan və dünya ədəbi-mədəni fikrinə “Avesta” kimi ölməz abidə bəxş edən xalqımızın ədəbiyyatı sonralar ümumtürk kontekstində davam etmiş, Orxon-Yenisey abidələri (6-cı yüzillik) dövrümüzə qədər gəlib çıxmışdır. Nizami Gəncəvinin ədəbi irsinin, onun ölməz “Xəmsə”sinin çağdaş ədəbiyyatşünaslıq elminin nailiyyətləri səviyyəsində təhlili cildin əsas materiallarını təşkil edir.
Elmi göstəricilərinə görə qabaqcıl müəssisə kimi Madriddə fəaliyyət göstərən ACTUALİDAD Nəşr Evinin mükafatına layiq görülməsi institutun 2007-ci ildə daha bir uğurudur.
ACTUALİDAD Nəşr Evinin prezidenti Fransisco Abello ədəbiyyat institutuna ünvanladığı məktubda bildirir ki, bu il rəhbərlik etdiyi qurum Rumıniyada Beynəlxalq Prizvermə Aktlarının 14-cü buraxılışını qeyd etməyə hazırlaşır. O, məmnuniyyət hissi ilə xəbər verir ki, seçim komissiyası “Nüfuz və keyfiyyətdə lider-2007” beynəlxalq mükafatını Nizami adına Ədəbiyyat İnstitutuna təqdim etməyi qərara almışdır. Dünyada tanınan bu mükafat 1995-ci ildə təsis edilmişdir. Onun təqdimat mərasimi dünyanın 70-dən çox ölkəsində yayılan ACTUALİDAD jurnalı vasitəsilə səfirliklərə, radio-televiziyalara, beynəlxalq mətbuat və ticarət palatalarına çatdırılır.
Məktubun sonunda prezident yazır: “Sizin möhtəşəm müəssisənizi və onun əməkdaşlarını təşkilatımız adından təbrik etməkdən qürur duyuruq”.
Məktubda o da bildirilir ki, İştirak Qaydalarında göstərilmiş proqrama uyğun olaraq, təqdimat mərasiminin 2007-ci il oktyabrın 19-20-də Athene Palace Hilton Bucharest Hoteldə keçirilməsi nəzərdə tutulur.