Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Rəsmi sənədlər

Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq elmi əlaqələri

08-05-2017 [ 17:08 ] [ oxunub:305 ]
printerA+ | A-

AMEA Nizami adına Ədəbiyyat İnstitutu Beynəlxalq Əlaqələr istiqamətində son illərdə bir sıra bir çox xarici ölkələrin elm və təhsil müəssisələri ilə Əməkdaşlıq haqqında saziş və müqavilələrə imza atmışdır. Son bir neçə il ərzində AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə Almaniyanın Berlin Humboldt Universitetinin (HU Berlin) Azərbaycan tarixi kafedrası (2 noyabr 2013-cü il),  Beynəlxalq Türk Akademiyası (Astana) (6 noyabr 2013-cü il), Gürcüstan Respublikasının Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu (19 dekabr 2013-cü il),Türkiyə Cümhuriyyətinin Qafqaz Universitetlər Birliyi (17 yanvar 2014-cü il), Rusiyanın Mixail Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialı (27 may 2014-cü il), Sankt-Peterburq “Smolnı Universiteti” İnnovasiya Elmi-təhsil Konsorsiumu (16 oktyabr 2014-cü il), Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutu (19 noyabr 2014-cü il), Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutu (04 fevral 2015-ci il), İran İslam Respublikasının Təbriz Universiteti (14 sentyabr 2016-cı il), Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutu (20 dekabr 2016- ci il), Belarus Milli Elmlər Akademiyasının Belarus mədəniyyəti, dili və ədəbiyyatı tədqiqatları mərkəzinin Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutu (20 dekabr 2016-cı il) arasında əməkdaşlıq müqavilələri imzalanmışdır.

Bundan başqa, institutda Çin mərkəzi (04 fevral 2015-ci il) və Koreya mərkəzi (09.02.2015-ci il) yaradılmışdır. Çin mərkəzində Akademiya əməkdaşları üçün Çin dili kursları fəaliyyət göstərir.

          Nizami adına Ədəbiyyat İnstitutu ötən illərdə bir sıra ölkələrin elm və təhsil müəssisələri ilə müqavilələr imzaladığı kimi, elm və təhsilin inteqrasiyası istiqamətində ölkə universitetləri, habelə elmi mərkəzlərlə - Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq Mərkəzi (2 noyabr 2015-ci il), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (2 may 2016-cı il), habelə Azərbaycan Milli Kitabxanası (27 dekabr 2016-cı il) - imzalanmış Əməkdaşlıq Memorandumları  və müqavilələr ölkə daxilində qarşılıqlı əməkdaşlığın inkişafına kömək edir.

          İnstitutun Beynəlxalq Əlaqələri istiqamətində tez-tez Beynəlxalq konfranslar, seminarlar, müxtəlif görüşlər, tədbirlər təşkil olunur.

          Beynəlxalq Əlaqələrin daha da inkişaf etdilrilməsi məqsədilə AMEA-nın Rəyasət Heyətinin sərəncamına əsasən 2016-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Beynəlxalq Əlaqələr Şöbəsi yaradılmışdır. Şöbənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

- İnstitut əməkdaşlarının Beynəlxalq elmi - tədqiqat layihələrində və fondlarında iştirakının təmin olunması;

- xarici ölkələrin elm və təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığın təşkili, onların nümayəndələri ilə görüşlərin təşkili, əlaqələrin genişləndirilməsi;

- xarici ölkələrin elm və təhsil müəssisələri ilə sazişlərin, müqavilələrin bağlanması üçün zəruri sənədlərin işlənib  hazırlanması;

- elm və təhsil sahəsində əməkdaşlıq haqqında sazişlərin bağlanmasını, elmi laboratoriyaların yaradılmasını, elmi-tədqiqat layihələrinin tərtib edilməsinin, institutda müxtəlif ölkələrin elm və mədəniyyət mərkəzləri ilə birlikdə təşkil edilən Beynəlxalq elmi  konfransların və tədbirlərin, sərgilərin, seminarların təşkili və həyata keçirilməsi;

- elm və təhsilin inteqrasiyası istiqamətində Respublikanın digər elm və təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri, habelə kadr hazırlığına dair əməkdaşlıq memorandumlarının hazırlanmasının təmin olunması.