Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi-tədqiqat şöbələri

Azərbaycan mühacirət ədəbiyyatı

15-01-2011 [ 17:52 ] [ oxunub:446 ]
printerA+ | A-
Əlaqə( 994 12) 510-18-02
Emailmuhaciret@windowslive.com 
Şöbənin müdiriFilologiya elmləri doktoru, dosent Nikpur Mirhüseyn oğlu Cabbarlı 
Əsas fəaliyyət istiqamətləri

Azərbaycan mühacirət ədəbiyyatının toplanılması, nəşri, araşdırılması və təbliği

Əsas elmi nəticələri

Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi İnstitut Elmi Şurasının 4 iyul 2013-cü il ta­rixli (protokol № 4) qərarı ilə yaradılmış və İnstitut üzrə 10 iyul 2013-cü il ta­­­rixli 82 №-li əmrə əsasən müvəqqəti struktur vahidi ki­mi fəaliyyətə başlamışdır. Azər­­­bay­can MEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli 21/6 №-li qərarı ilə şöbə da­i­mi struktur va­hi­dinə çevrilmişdir.

Şöbədə Azərbaycan mühacirət ədəbiyyatının tarixi və nəzəri prob­lem­lə­ri araş­dı­­rıl­mış, «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» kitablar se­riyası üçün Mə­­­­həmməd Əmin Rəsulzadənin, Alazan Baycanın, Mə­həm­məd Sadıq Aranın, Tey­­­­mur Atəşlinin, Abay Dağlının, Ceyhun Ha­cı­bəy­linin, Süleyman Təkinərin əsərləri nəşrə hazırlanmışdır.

Ötən müddət ərzində şöbə əməkdaşlarının 4 kitabı (Nikpur Cabbarlının «El­çin və Azərbaycan mühacirətşünaslığının problemləri» (Bakı: Təhsil, 2014), «Azər­bay­can mühacirət poeziyası» (Bakı: Elm və təhsil, 2014), «Mü­hacirət və XX əsr Azər­baycan ədəbiyyatı məsələləri» (Bakı: Elm və təh­sil, 2015) monoqrafiyaları, «Böyük ədib və mütəfəkkir Əli bəy Hü­seyn­zadə» məqalələr toplusu (Bakı: Elm, 2015)), «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» kitablar se­riyasının ilk cildi- «Mə­­­­həmməd Əmin Rəsulzadə» cildi (Bakı: Elm, 2016),  80-dən artıq elmi və el­mi-publisistik məqaləsi (o cümlədən xarici elmi jurnallarda 3 mə­qalə) çap­dan çıxıb.

Fil.f.d., dos. Vilayət Hacıyev xidməti müqaviləyə əsasən siyasi müha­ci­­rə­ti­mi­zin gör­­­kəm­li nümayəndəsi Hilal Münşinin «Azərbaycan Res­pub­li­­kası (tarixi-siyasi oçerk)» (Ber­lin, 1930) kitabını alman dilindən Azər­bay­­can dilinə tərcümə etmişdir. Bu əsər «Azər­baycan mühacirət ədə­biy­ya­­tı kitabxanası» ki­­tablar seriyasının Hilal Mün­­­­şiyə həsr edi­ləcək xüsusi cil­­­dində yer alacaqdır.

2016-cı il oktyabr 10-11-də böyük uğurla keçmiş «Azərbaycan mü­­hacirət ədəbiyyatı: problemlər, reallıqlar, vəzifələr» mövzusunda II Bey­nəl­xalq elmi kon­fransın təşkilində şöbənin əhəmiyyətli rolu olmuşdur.

Şöbə əməkdaşları çoxcildli «Azərbaycan ədəbiyyatı tarixi»nin VII cil­di­nin uyğun hissəsinin (20 m.v.), habelə 10 cildlik «Azərbaycan ədə­biy­ya­tı tarixi»nin bütünlüklə mühacirət ədəbiyyatımıza həsr ediləcək IX cil­di­nin icmal və portret-oçerkləri üzərində də çalışırlar.

SİZƏ MARAQLI OLA BİLƏR