Əlaqə | Tel.Mob. 050366462 |
imamverdi.hamidov@mail.ru | |
Şöbənin müdiri | İmamverdi Yavər oğlu Həmidov p fil.e.d., professor |
İşçilərin ümumi sayı | 13 |
Şöbənin yaranma tarixi | 1993-cü il |
Şöbəyə kimlər rəhbərlik edib | 1993-1997-ci illər- fil.e.d. Qafar Əli oğlu Kəndli-Herisçi. 1998-ci ildən indiyə kimi - İmamverdi Yavər oğlu Həmidov rəhbərlik edir |
Şöbədə işləmiş tanınmış alimlər | - fil.e.d. Qafar Əli oğlu Kəndli-Hersçi - fil.e.d. prof. Nüşabə Həmid qızı Araslı - fil.e.d. Mahirə Həmid qızı Quliyeva - fil.e.d.,prof.İmamverdi Yavər oğlu Həmidov - fil.e.d., prof.Məmmədhəsən Qəni oğlu Qəmbərli - fil.e.d., prof.Baloğlan Camaləddin oğlu Şəfizadə |
Əsas fəaliyyət istiqamətləri | - Qədim dövrdən başlamış XIII əsrə qədər Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişaf xüsusiyyətlərini, klassiklərinin yaradıcılığını öyrənmək; - “Avesta”nın yarandığı areal, onun yayılması, tədqiqi və tərcüməsi ilə bağlı problemlərin öyrənilməsi; - ortaq türkdilli abidələrin tədqiqi; - ərəbcə və farsca yazıb-yaratmış Azərbaycan şair və ədiblərinin ədəbi irsinin öyrənilməsi və Azərbaycan dilinə filoloji tərcüməsi. |
Əsas elmi nəticələri | 1. Xaqani Şirvaninin həyatı, mühiti və ədəbi-mədəni əlaqələri, əsərlərinin sənətkarlıq xüsusiyyətləri və klassik poeziyaya gətirdiyi məzmun və poetik yeniliklər öyrənilmişdir. 2. Nizami Gəncəvi yaradıcılığının türk qaynaqları, səciyyəvi cəhətləri, ənənəvi bədii ifadə vasitələrindən orijinal şəkildə bəhrələnməsi və poetikasının bir çox problemləri tədqiq edilmişdir. 3. Ərəb ədəbiyyatşünaslığında Xaqani Şirvani, Nizami Gəncəvi və Məhəmməd Füzuli irsinin tədqiqi problemləri araşdırılmışdır. 4. Ərəb ədəbi-bədii və tarixi qaynaqlarında təqdim edilən türk varlığı və obrazı öyrənilmişdir. 5. Klassik Şərq və Azərbaycan poetikasının bir çox nəzəri əsasları, Quran bəlağəti və klassik Azərbaycan ədəbiyyatı məsələləri öyrənilmişdir. 6. Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq Ömər Gənci, Bərakəveyh Zəncani, Məğlisi Marağai, Məsud ibn Namdar, Arif Ərdəbili, Mücirəddin Beyləqani, Bədr Şirvaninin yeri genişliyi ilə müəyyənləşdirilmiş, Azərbaycan ədəbiyyatı tarixində ərəbdilli nümunələrin ədəbi-nəzəri təhlili aparılmışdır. 7. Məhsəti Gəncəvi və Mücirəddin Beyləqaninin həyat və yaradıcılığı tədqiq edilmişdir. 8. Xətib Təbrizinin “Şərh əl-Mufaddaliyat” əsərində şərhçilik və ədəbiyyatşünaslıq məsələləri müasir ədəbi-nəzəri fikir baxımından təhlil edilmiş və dəyərləndirilmişdir. 9. Əbu Bəkr Valibinin (X əsr) “Əxbarul-Məcnun va əşaruhu” əsərinin Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının əsas yazılı qaynaqlarından biri olması, Valibinin Azərbaycanla bağlılığı və yaşadığı dövrün X əsrə aidliyi sübut edilmişdir. 10. Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri bədii nəsr və “adab” janrının nümunəsi kimi dəyərləndirilmişdir. 11. Klassik Azərbaycan ədəbiyyatında islam amili, dini mövzu və motivlərin bədii əksi ilə bağlı tədqiqatlar aparılmışdır. 12. İngilis şərqşünaslığında Məhəmməd Füzuli və Saib Təbrizi irsinin tədqiqi dəyərləndirilmiş və təhlil edilmişdir 13. Şihabəddin Sührəverdi və Eynülqüzat Miyanəçinin ədəbi-bədii irsi tədqiq edilmişdir. |