E L M M E T R İ K G Ö S T Ə R İ C İ L Ə R
Əsas fəaliyyət istiqamətləri:
Nizami Gəncəvinin elmi tərcümeyi-halı, Şairin dövrünün ictimai-ədəbi və mədəni mənzərəsi, həyatı, mühiti və müasirləri; Nizaminin tarixi, ədəbi-bədii, fəlsəfi, dini və şifahi qaynaqları; Nizami Gəncəvinin yaradıcılığı, “Xəmsə”yə daxil olan əsərlərin ayrı-ayrılıqda müfəssəl təhlili; Nizaminin ictimai-siyasi, fəlsəfi, dini və elmi görüşlərinin təqdim özünəməxsusluqları; Nizami vətənpərvərliyi, şairin türk dilinə, vətəni Azərbaycana və doğma xalqının qədim adət-ənənələri və mənəvi dəyərlərinə məhəbbəti; Nizami yaradıcılığında xüsusi adların poetik-üslubi xüsusiyyətləri; Nizami yaradıcılığının təsir dairəsinin vüsəti, Nizami əsərlərinin orta əsr türk tərcümələri; Nizami və dünya ədəbiyyatı, Nizaminin dini-ideoloji baxışları, sufizm, təsəvvüf və əxiliklə bağlı düşüncələri kimi problemlərin araşdırılması.
1.Araslı Nüşabə Həmid qızı - filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, şöbə müdiri
2.Hacıyeva Vəfa Davud qızı - filologiya üzrə fəlsəfə doktoru,dosent.
3. Allahverdiyeva Zəhra Abas qızı - filologiya üzrə fəlsəfə doktoru,dosent.
4. Bədəlova Təhminə Kamran qızı - filologiya üzrə fəlsəfə doktoru,dosent.
5. Teer Yelena Mixaylovna - filologiya üzrə fəlsəfə doktoru,dosent.
6. Bəşirova Hürnisə Qədim qızı - e.i.
7. Əliyeva Samirə Əmiraslan qızı - k.e.i.
8. Nuriyeva Məsumə Ramiz qızı - k.e.i.
9. Paşayeva Lalə Hidayət qızı - k.e.i.