Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

TƏQDİMATLAR

Ədəbiyyat İnstitutuna biblioqrafiyalar hədiyyə edilib

19-01-2017 [ 13:05 ] [ oxunub:111 ]
printerA+ | A-

Dekabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Milli Kitabxanası tərəfindən  son 10 ildə çap olunan biblioqrafiyaların bu elmi-tədqiqat müəssisəsinə hədiyyə edilməsi mərasimi keçirilib. 

Ədəbiyyat İnstitutuna təqdim olunan 42 adda 168 nüsxə biblioqrafiyalar Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından  çap olunan N.Gəncəvi, Ü.Hacıbəyov, İ.Əfəndiyev, Q.Qarayev, S.Vurğun, B.Vahabzadə, Elçin və digər  fundamental biblioqrafiyalar, eyni zamanda elmin, mədəniyyətin və digər sahələrə daxil olan sahəvi və şəxsi biblioqrafiyalardır.

Giriş sözü ilə tədbiri açan  AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru,  akademik İsa Həbibbəyli Azərbaycan Milli Kitabxanasının son illərdə  həyata keçirdiyi əhəmiyyətli layihələrdən, elmin, mədəniyyətin tədqiqində əvəzsiz rol oynayan fundamental biblioqrafiyaların çapının əhəmiyyətindən, kitabxananın ölkənin ictimai həyatında fəal iştirak etməsindən, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, mənəvi dəyərlərinin təbliğində xüsusi rol oynamasından, Azərbaycan həqiqətlərini dünyada təbliğ etməsindən, hər il 10 beynəlxalq kitab sərgi yarmarkalarında iştirak edərək Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini,  mətbəxini və s. təbliğ etməsindən danışıb. Akademik İsa Həbibbəyli bu biblioqrafiyaların ədəbiyyatın təbliğində və tədqiqində böyük rol oynayacağını bildirib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov Milli Kitabxananın fəaliyyətinə verilən qiymətə görə təşəkkürünü bildirib.  Nizami adına Ədəbiyyat İnstitutu ilə əməkdaşlığın gələcəkdə daha geniş profildə davam etdirmə zərurətini bildirib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova instituta hədiyyə edilən nəşrlərin Milli Rəqəmsal Yaddaşa da daxil edilməsinin vacibliyini vurğulayıb. Professorlar Şirindil Alışanlı, Asif Rüstəmli və digər çıxış edənlər Milli Kitabxana ilə əməkdaşlığın elmimizə faydasından danışıblar.