Əlaqə | Tel. 537-24-33; |
taranavaliyeva@mail.ru | |
Şöbənin müdiri | Qasımlı Məhərrəm Paşa oğlu |
İşilərin sayı | 14 |
Şöbənin əməkdaşları |
|
Şöbənin yaranma tarixi | Ədəbiyyat İnstitutunda Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsi 2003-cü ildən fəaliyyət göstərir. Şöbə ayrıca elmi- tədqiqat strukturu kimi Ədəbiyyat və İncə-sənət İnstitutu təşkil olunandan fəaliyyət göstərmişdir. İnstitutun tərkibində 1934-cü ildə Folklor şöbəsi yaranmış və bu struktur vahidi ötən müddətdə şifahi ədəbi irsin toplanılmasında və öyrənilməsində faydalı işlər görmüşdür. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti 1990-cı ildə Ədəbiyyat İnstitutu nəzdində Folklor sarayının yaradılması haqqında qərar çıxardıqdan sonra Folkor şöbəsinin fəaliyyəti dayandırıldı. Onun təcrübəli elmi əməkdaşları Folklor sarayına cəlb edildilər. 2003-cü ildə Ədəbiyyat İnstitutunda struktur dəyişikliyi edildiyi zaman institutun Elmi Şurası Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsini yenidən bərpa etməyi qərara aldı. Folklor şöbəsinə əvvəlki dönəmlərdə Hənəfi Zeynallı, Məmməd Hüseyn Təhmasib, Mirəli Seyidov, İsrafil Abbaslı kimi görkəmli alimlər rəhbərlik etmişdir. 2003- cü ildən şöbəyə Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı başçılıq edir. Şöbənin elmi-tarixi həyatında S.Mümtaz, H.Əlizadə, Ə.Tahirov, Ə.Axundov, N.Seyidov, H.Qasımov, B.Abdulla, T.Fərzəliyev, E.Əlibəyzadə, Q.Paşayev kimi görkəmli elm adamlarının unudulmaz xidmətləri vardır. |
Rəhbərlik etmiş alimləri | |
Şöbədə işləmiş tanınmış alimlər | |
Əsas fəaliyyət istiqamətləri | Şöbə “Azərbaycan şifahi xalq ədəbiyyatının tədqiqi problemi” üzrə Azərbaycan şifahi xalq ədəbiyyatının tarixi və nəzəri məsələləri; ədəbi abidələrin tədqiqi, şifahi və yazılı ədəbiyyatın qarşılıqlı münasibətlərinin araşdırılması mövzularının tədqiqi ilə məşğul olur. |
Əsas elmi nəticələri | Şöbə müxtəlif tarixi mərhələlərdə Azərbaycan nağılları, dastanları və aşıq poeziyası antologiyalarını çoxcildliklər şəklində nəşr etdirmişdir. Bu sıradan “Azərbaycan nağılları” (5 cilddə), “ Azərbaycan dastanları” (5 cilddə), “Koroğlu”, “Azərbaycan aşıqları və el şairləri (2 cilddə) kimi akademik nəşrlər böyük elmi-tarixi əhəmiyyət daşıyır. |