Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi-tədqiqat şöbələri

Cənubi Azərbaycan ədəbiyyatı

15-01-2009 [ 17:53 ] [ oxunub:379 ]
printerA+ | A-
Əlaqə 
Emailcənubiaz@science.az
Şöbənin müdiriRəhim Nadir oğlu Əliyev   fil.e.d.professor 
İşçilərin ümumi sayı

16

Şöbənin yaranma tarixi

Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin 20 may 1976-cı il tarixli 28 saylı qərarı ilə yaradılmışdır.

Şöbənin sabiq rəhbərləriŞöbənin ilk rəhbəri Akademiyanın həqiqi üzvü, xalq yazıçısı Mirzə Əjdər oğlu İbrahimov olmuşdur ( 1976-1992). Şöbəyə 1996-cı ildən - 2021-ci ilə kimi fil.e.d. prof. Teymur  Əkbər oğlu Əhmədov rəhbərlik etmişdir.
Şöbədə çalışmış tanınmış alimlərAkademik Mirzə İbrahimov, İsmayıl  Cəfərpur, Xəlil Rza, Balaş Azərooğlu, Nazim Rizvan, Mirabbas Aslanov, Zahid Əkbərov, Hüseyin Kürdoğlu, Xuraman Quliyeva, Elmira Axundova, Əşrəf Ağazadə, Mirəli Mənafi.

Hazırda: 

Rəhim Əliyev

 Mahmizər Mehdibəyova

Esmira Şükürova

Pərvanə Məmmədli

Qəndab Əliyeva və b. 

Əsas fəaliyyət istiqamətləri

Şöbədə “Azərbaycan ədəbiyyatı: mərhələləri, klassikləri, abidələri” problemi araşdırılır. IV cildlik “Cənubi Azərbaycan ədəbiyyatı antalogiyası”, II cildlik “ Cənubi Azərbaycan ədəbiyyatı tarixi” , III –cildlik  “ XIX -XX əsrlər Azərbaycan ədəbiyyatı (nəsr, poeziya, dramaturgiya)”, “Cənubi Azərbaycan poeziyası antologiyası“, Cənubi Azərbaycan şairlərinin poemaları”, “Антология пэезии Южного Азербайджана”, “Антология прозы Южного Азербайджана” kimi fundamental nəşrlər işıq üzü görmüşdür. 

Hazırda  Məmmədhüseyin Şəhriyarın və Bulud Qaraçorlu Səhəndin əsərləri küllüyyatı çapa hazırlanır.   

“Cənubi Azərbaycan ədəbiyyatı: Tədqiqlər” adlı illik toplu nəşr olunur.

SİZƏ MARAQLI OLA BİLƏR