AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor, şair Vüqar Əhmədin müsahibəsi xarici mətbuatlarda dərc olunub.
“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi Cahangir Namazovun aldığı müsahibə yerli media ilə yanaşı, ingilis dilində İtalya, Belçika, Pakistan və Keniyada çap olunub.
Müsahibədə müsahibin bədii və elmi yaradıcılığı, eyni zamanda mətbuat tarixi ilə bağlı araşdırmalarından da söz açılıb.