Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işşisi, yazıçı Mənzər Niyarlı və Elektron xidmətlər şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva 10-11 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türklərin Dünyası İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən IX Uluslararası Türklərin Dünyası Sosial Bilimler Sempozyumunda iştirak etmişlər. M.Niyarlının “Salidə Şəmmədqızının (Şərifova) kiçik nəsrində bədii refleksiya”, Z.Əliyevanın (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimlərinin yaradıcılığı elmmetrik diapazonda (Professor S.Şərifovanın yaradıcılığı əsasında) adlı məruzələri dinlənilmişdir. İştirakçılar sertifikatla təltif edilmişlər.