Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib

16-10-2025 [ 13:11 ] [ oxunub:42 ]
printerA+ | A-
106013

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilmiş “Əhməd Ağaoğlu və türk dünyası” mövzusunda Beynəlxalq elmi konfransın materialları nəşr edilib.

Ədəbiyyat İnstitutunun Elmi Şurasının 16 may 2025-ci il tarixli 3 saylı qərarı ilə nəşr edilən toplunun elmi redaktoru filologiya elmləri doktoru, dosent Nikpur Cabbarlıdır.

Rəyçiləri filologiya elmləri doktorlar, dosentlər Abid Tahirli, Şahbaz Şamıoğlu və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlidir. Nəşrin məsul redaktoru Aysel Əfəndiyevadır. 224 səhifəlik materiallar toplusu “Elm və təhsil” nəşriyyatında çap olunub. 

Qeyd edək ki, 16 noyabr 2023-cü ildə keçirilən konfrans Prezident İlham Əliyevin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Sərəncamına əsasən düzənlənib.

 

 

SİZƏ MARAQLI OLA BİLƏR