Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

09-10-2025 [ 18:04 ] [ oxunub:54 ]
printerA+ | A-
105992

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib. İclasda AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Elmi şuranın üzvləri, müəssisənin əməkdaşları, doktorant və dissertantlar və aidiyyəti şəxslər iştirak ediblər. Şuranı giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Əvvəlcə filologiya üzrə fəlsəfə doktorları, dosentlər Zəkulla Bayramlı və Nigar İsayeva 60 illik yubileylərinə və məhsuldar elmi fəaliyyətlərinə görə Ədəbiyyat İnstitutunun Fəxri fərmanı ilə təltif ediliblər.
Sonra akademik İsa Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin “Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” 4 sentyabr 2025-ci il tarixli
Sərəncamı və qarşıda duran vəzifələr barədə danışıb. O, müvafiq Sərəncama əsasən Ədəbiyyat İnstitutunda “Azərbaycan” jurnalı ilə birgə ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı Yusif Səmədoğluna həsr olunan elmi sessiyanın keçiriləcəyini və tədbirin materiallarının “Azərbaycan” jurnalında dərc olunacağını bildirib. Yazıçının ictimai və ədəbi mövqeyindən bəhs edən akademik İsa Həbibbəyli Yusif Səmədoğlunun dərin ictimai-mənəvi məzmunlu əsərləri,
hekayələri, romanları ilə ədəbi prosesdə silinməz iz qoyduğunu vurğulayıb. Onun parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanının ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırdığını söyləyib.
Daha sonra institutun Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva 2025-ci il üçün fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri haqqında məlumat verib. Bildirib ki, cari ildə 12 yerə ümumilikdə 23 nəfər namizəd sənəd verib və onlar xarici dil imtahanına buraxılıb. Xarici dil imtahanında iştirak edən 23 nəfərdən 9-nun nəticəsi məqbul hesab edilərək növbəti mərhələyə buraxılıb. Fəlsəfə fənni imtahanında və ixtisas imtahanında bir nəfər iştirak etməyib, digər 7 nəfərin nəticəsi müsbət qəbul edilib.

Beləliklə, qəbul planı üzrə “Azərbaycan ədəbiyyatı” ixtisasına 2 nəfər qiyabi, “Ədəbiyyat nəzəriyyəsi” ixtisasına 1 nəfər əyani, “Türk xalqları ədəbiyyatı” ixtisasına 1 nəfər əyani, “Dünya ədəbiyyatı” ixtisasına 3 nəfər qəbul edilib.
Günay Qarayeva bu il dissertanturaya və elmlər doktoru hazırlığı üzrə qəbulun olmadığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli bu il fəlsəfə doktorluğu hazırlığı üzrə Ədəbiyyat İnstitutuna qəbul olan doktorantlarla tanış olub, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
İclasda doktorantların dissertasiya mövzuları müzakirə edilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Daha sonra elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı çap və müsabiqə məsələləri ilə bağlı çıxış edib.
Elmi şurada “Tuti” (1914-1917) jurnalının müasir əlifbada, Əzizullah Aralın “Əfqanıstanda Nəvaişünaslıq (mənbələrin təsviri və təhlili)” monoqrafiyasının, fil.f.d., dos. Safurə Quliyevanın “Ədəbi yaddaş – əbədi yaddaşımız” kitabının, fil.e.d. Əlizadə Əsgərlinin “Ədəbiyyat İnstitutu 2013-2017-ci illərdə” kitabının, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Dilarə Adilovanın “Söz səfərinin sarvanları” kitabının, eləcə də Uşaq ədəbiyyatı şöbəsində hazırlanan “Uşaq ədəbiyyatında Zahid Xəlil imzası” monoqrafiyasının və fil.f.d., dos. Solmaz Həyatovanın “Süleyman Sani Axundovun həyatı, mühiti və yaradıcılığı” monoqrafiyasının “Sənətkarın elmi pasportu” seriyasında çapa tövsiyə olunmalarına dair qərarlar qəbul edilib.
Sonda Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fil.f.d. Şəfa Şakir qızı Əliyevanın 5715.01 – “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” ixtisası üzrə dosent elmi adı almasına təqdim edilməsi məsələsi müzakirə olunub.

SİZƏ MARAQLI OLA BİLƏR