Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Mehman Həsənli “Türk xalqlarının izi ilə” adlı Beynəlxalq elmi konfransda məruzə edib

06-10-2025 [ 12:48 ] [ oxunub:10 ]
printerA+ | A-
105988

2-3 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində “Türk xalqlarının izi ilə” adlı Beynəlxalq elmi konfrans keçirilib. Qeyd edək ki, Aktau şəhəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY tərəfindən 2023-cü ildə Azərbaycanın qədim şəhəri Şuşada keçirilən iclasda Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Beynəlxalq Türk Akademiyası, TÜRKSOY və Manqışlıq vilayətinin rəhbərliyinin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq elmi konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan alim və tədqiqatçılar məruzələr ediblər.

Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli konfransda “Xəzər körpüsü: Bakı və Aktau arasında ortaq tarixi və müasir dəyərlər” adlı məruzə ilə çıxış edib. Məruzədə Bakı ilə Aktaunun, Abşeronla Manqışlağın ədəbi-mədəni bağları tarixi və müasir müstəvidə təqdim edilib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR