Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Bəxtiyar Vahabzadə. Seçilmiş Əsərləri” kitabının təqdimatı olub

03-10-2025 [ 10:30 ] [ oxunub:66 ]
printerA+ | A-
105982

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən sərgilər, görüşlər, təqdimatlar, imza mərasmləri geniş oxuu kontingentinin fəal iştirakı ilə davam etməkdədir. Yazarlarla oxucuların canlı ünsiyyəti, klassiklərin ədəbi irsinin təbliği, uşaqlarda və gənclərdə mütaliə mədəniyyətinin formlaşdırılması baxımından bu cür tədbirlər böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, kitab sərgilərinin təşkili və bu miqyasda keçirilməsi sevindirici və təqdirolunası hadisədir. Bu il bildiyimiz kimi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyidir. Cənab Prezident şairin yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalamışdır. Bu il keçirilən XI Beynəlxalq kitab sərgisində təqdimat zonalarından birinə Bəxtiyar Vahabzadənin adının verilməsi də sevindiricidir, bu həm də Bəxtiyar Vahabzadənin bizimlə yaxın tarixdə yaşamasına baxmayaraq, artıq klassikaya çevrildiyini göstərir. Növbəti tədbir tədbir Xalq şairi Bəxtiyar Vahabzadənin adını daşıyan təqdimat zonasında “Bəxtiyar Vahabzadə. Seçilmiş Əsərləri” kitabının təqdimatı ilə baş tutdu. Bu gün həmin zonada onun Teas Press nəşriyyatında çap olunan “Seçilmiş Əsərləri”nin təqdimatı keçirildi. Qeyd edək ki, kitaba şairin şeirləri ilə yanaşı, “Gülüstan”, “Muğam” poemalarını, “İkinci səs”, “Özümüzü kəsən qılınc” pyeslərini daxil etmişik.  Təqdimatda həm yaşlı nəslin, həm məktəblilərin iştirakı onun yaradıcılığının hər zaman üçün aktual olduğunu göstərdi. Təqdimatda həmçinin Türk Dili Qurumunun başqanı, professor Osman Mertin iştirakı da təsadüfi xarakter daşımırdı. Bəxtiyar Varabzadə bütün yaradıcılığı boyu Türk dünyasının birliyi ideyasını təbliğ etmişdir. Bu cəhəti xüsusi olaraq öz çıxışında vurğulayan professor Osman Mert kitabın Tükiyədə də çap olunmasına ehtiyac olduğunu və işə köməklik göstərəcəyini də söylədi.   

Bəxtiyar Vahabzadə  düşüncə, idrak, həm də istiqlal şairi idi. Onun “İstiqlal” ordeninə layiq görülən ilklərdən olması da təsadüfi deyil. Bütün yaradıcılığı xalqının işıqlı sabahına, hüriyyət və istiqlaliyyətinə xidmət edirdi.

Təqdimatda professorlar Zahid Xəlil, Fəridə Əzizova, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı da kitab haqqında, Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında fikirlərini söylədilər.

Suraxanı rayonu 281 saylı məktəbin şagirdləri “Gülüstan” poeması əsasında hazırladıqları kompozisiya  da təqdimat iştirakçıları tərəfindən maraqla qarşılandı.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR