Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəyli: "Bu gün Azərbaycan xalqının qürur günüdür"

27-09-2025 [ 21:04 ] [ oxunub:24 ]
printerA+ | A-
105960

"Bu gün Azərbaycan milli tarixinin qəhrəmanlıq səhifəsi, ədalətin bərqərar olması, birliyin nümayiş edilməsinin dünyaya təcəssümüdür".

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, bu gün eyni zamanda Azərbaycan xalqının qürur günüdür:

"Dövlətimizin, müstəqilliyimizin, xalqımızın milli iftixar bayramıdır. Bu gün Azərbaycan bütün dünyaya ədalətli, ədalət uğrunda mübarizə aparmağın nümunəsini göstərdi. 27 sentyabr 44 günlük qəhrəmanlıq savaşımızın start nöqtəsidir. Bu gün Azərbaycanın torpaqlarını işğaldan azad etməyinin başlanğıc nöqtəsidir.

2020-ci ildə cənab Prezidentin verdiyi bəyanat xalqımızın birliyinin, həmrəyliyinin, qəhrəmanlıq ruhunun, mübarizə əzminin parolu oldu. Bu gün bizi Şuşa zirvəsinə, qalibiyyət zirvəsinə yüksəltdi. Xalqımız özünü milli tarixində ən böyük qələbəni qazandı. 44 günlük müharibə dünya tarixində ən qısa vaxtda zəfərlə başa çatan ədalətli savaş oldu. Bu müharibə Ali Baş Komandan ətrafında, dəmir yumruq ətrafında xalqın birliyinin bütün dünyaya təcəssümü idi".

https://science.gov.az/az

SİZƏ MARAQLI OLA BİLƏR