Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə fəaliyyətlərilə davam edən layihə çərçivəsində AMEA tərəfindən nəşr olunmuş “Nizami Gəncəvi və Şota Rustaveli” adlı böyük tədqiqat əsəri artıq gürcü və ingilis dilində də çapdan çıxıb.
Bu sözləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı AMEA-nın Gəncə Bölməsində “Nizami Gəncəvi və Şota Rustaveli – mədəniyyət kəsişmələri” mövzusunda keçirilən Azərbaycan – Gürcüstan I beynəlxalq konfransı zamanı müsahibəsində bildirib.
“Bu nəşr xalqlarımızın sahib olduğu ortaq dəyərlərimizin tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Həmçinin bu mövzuları əhatə edən rəsm, musiqi, kino, teatr və digər incəsənət nümunələri ərsəyə gəlir və bu yöndə sərgilər təşkil edilməsinə imkan yaranır”, - deyə Aygün Bağırlı söyləyib.