2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” 6 dekabr 2022-ci il tarixli Sərəncam imzalamış, həmin Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti 7 fevral 2023-cü ildə tədbirlər planını təsdiq etmişdir. Sözügedən tədbirlər planının 15-ci maddəsinə əsasən, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 16 noyabr 2023-cü ildə “Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda Beynəlxalq elmi konfrans keçirmişdir.
Bu nəşrdə həmin konfransın materialları toplanmışdır.