Azərbaycan klassikləri seriyasında İstiqlal və düşüncə şairi Bəxtiyar Vahabzadənin "Seçilmiş əsərləri" TEAS PRESS Nəşriyyat evinin təşəbbüsü ilə çap olunub. Kitaba şairin şeirləri, "Gülüstan", Muğam" poemaları, "Özümüzü kəsən qılınc" və "İkinci səs" pyesləri daxil edilmişdir. Kitabın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır.