Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü İbrahim Yusifoğlunun “Arpaçaydan Xəzərə” kitabı nəşr olunub.
Şeirlər kitabının redaktoru Beynəlxalq Rəsul Rza mükafatı laureatı Məmməd Tahir, komputer tərtibatçısı AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, doktorant Vüqar Hacıyev, naşiri isə Qəşəm İsabəylidir. 272 səhifəlik kitab “Şirvannəşr” nəşriyyatında çap olunub.
Bu kitab “Qızıl qələm” media mükafatı laureatı, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi Yusifov İbrahim Yusif oğlunun sayca 35-ci kitabıdır. Yeni kitabda şairin altı silsilədə cəmlənən şeirləri və AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə ithaf olunmuş poeması yer alıb.