Ümumi məlumat:
Rəqəmsal transformasiya proseslərinin sürətlə inkişaf etdiyi müasir dövrdə ədəbiyyatşünaslıq elmi də yeni texnologiyaların və süni intellektin imkanlarından faydalanmaqdadır. Bu baxımdan “Rəqəmsal ədəbiyyatşünaslıq, süni intellekt və elektron xidmətlər” şöbəsinin fəaliyyətinin əsas məqsədi ədəbiyyatşünaslıq sahəsində tədqiqatların rəqəmsal mühitdə tanınmasına nail olmaq, süni intellekt texnologiyalarından istifadə etməklə tədqiqat proseslərinə yeni yanaşmalar formalaşdırmaq və elmi ictimaiyyətə müasir elektron xidmətlər təqdim etməkdir. Şöbə əsasən ədəbiyyat elmini müasir dövrün çağırışlarına uyğunlaşdıraraq onun populyarlaşmasına, beynəlxalq elmi mühitdə tanıdılmasına və rəqəmsal inkişafa inteqrasiyasına xidmət edir.
Əsas fəaliyyət istiqamətləri:
- Azərbaycan ədəbiyyatşünaslığının rəqəmsallaşdırılması;
- Ədəbi irsin qorunması və geniş ictimaiyyətə əlçatan olması;
- Süni intellekt vasitəsilə elmi təhlillərin aparılmasının dəstəklənməsi;
- Gənc tədqiqatçılar və tələbələr üçün rəqəmsal alətlərdən istifadənin təşviqi.
Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt istiqamətində:
- Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun www.literature.az saytının idarə edilməsi;
- Azərbaycan ədəbiyyatı və ədəbiyyatşüaslıq elminin populyarlaşması proseslərinin modernləşməsi proseslərinə rəhbərlik etmək;
- Azərbaycan ədəbiyyatının rəqəmsal resurslarını yaratmaq, istehsal etmək, təsnifləşdirmək və sistemləşdirmək;
- Azərbaycan ədəbiyyatşünaslığına dair ənənəvi, rəqəmsal formatlarda informativ və biblioqrafik resurslar istehsal etmək;
- Süni intellekt texnologiyalarınən tətbiqi ilə elektron mətn korpuslarının hazırlanması;
- Ədəbiyyatın rəqəmsal analiz üsullarının (text mining, data visualization və s.) tətbiqi;
- Ədəbiyyat nümunələrinin avtomatik təhlili üçün alqoritmlərin işlənməsi;
- Mətnlərin tematik və semantik analizi;
Elektron xidmətlər istiqamətində:
- Nüfuzlu elmi bazalarda - “Scopus”, “Web of Science” , “Google Scholar” və s. – üzrə elmmetrik məlumatların işlənilməsi və təbliği;
- Dissertasiya mövzuları üzrə bazalar, biblioqrafik bazalar üzrə axtarışlar və məlumatlandırma və s. proseslərin idarə edilməsi;
- Akademik sosial şəbəkələrdə ədəbiyyatşünas alimlərin profillərinin yaradılması və idarə edilməsi proseslərinə yardımçı olmaq;
- Onlayn kataloqlar, elektron məlumat bazalarının istifadəyə verilməsi;
- Avtomatlaşdırılmış annotasiya və biblioqrafik siyahıların yaradılması.
- İstifadəçilər üçün interaktiv xidmətlərin təşkili;
- Sosial media hesablarında - Facebook, Twitter, Instagram, YouTube ("Ədəbi yaddaş xəzinəmiz", "Tədqiqatçı sözü") və s. - informativ resurslarla, layihələrlə Azərbaycan ədəbiyyatşünaslıq elminin nailiyyətlərini, tarixini, şəxsiyyətlərini ictimaiyyətə təqdim və təbliği;
Şöbənin yaranma tarixi:
2000-ci il - AMEA Rəyasət Heyətinin qərarı ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində “İnternet-intellekt” nəzəri-eksperimental laboratoriyası təşkil edilir;
2001-ci il - AMEA Rəyasət Heyətinint qərarı ilə Laboratoriya daha innovativ fəaliiyət istiqamətlərinə və struktura malik "Elmi informasiya və biblioqrafiya" şöbəsi kimi təşkil edilir. 2001-ci ildən yenilənmiş struktur hissəyə 2013-cü ilin mart ayına qədər AYB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Əmin Tahir oğlu Əfəndiyev (1933-2014) rəhbərlik etmişdir.
2013-cü il - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin göstərişi ilə şöbə "Elmi informasiya və tərcümə" adlandırılaraq yeni fəaliyyət istiqamətləri müəyyən edildi.
Əsas nəşrləri: “Kamal Talıbzadə” (2001), “Yaşar Qarayev”, “Azadə Rüstəmova” (2003), “Azərbaycan” (1923-2003) (2004), “Həmid Araslı” (2009), “Islam Ağayev” (2014), “Ədəbiyyat qəzeti” (Birinci cild 1934-1964) (2014), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşrləri (2012; 2013; 2014; 2015; 2016; 2017; 2018; 2019; 2020), “Mirzə Fətəli Axundzadə-200”, “Akademik İsa Həbibbəyli”, Nizami Gəncəvi ad. Ədəbiyyat İnstitutunun əməkdaşlarının nəşrləri” (biblioqrafik salnamə - 2013-cü ildən bu günə kimi hər il yeni buraxılışı nəşr edilir),"Ədəbiyyat Məcmuəsi"nin biblioqrfiyası (2013), “Müstəqllik dövründə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müdafiə edilmiş dissertasiyaların biblioqrafiyası”(2024) və s. şəxsi və elmi-sahəvi biblioqtrafik göstəricilər.
Rəqəmsal resurslar: "Ədəbiyyatşünaslığımızın “Qarabağnaməsi” EMB; “Ədəbiyyatşünas alimlərimiz” EMB; "Nizami Gəncəvi", "İmadəddin Nəsimi" EMB, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu” EMB, “Ümummilli Lider Heydər Əliyev” EMB və s. Video-təqdimatlar (təkcə 2024-cü ildə hazırlanmış təqdimatlar (slayd-təqdimatlar və videoresurslar) – 3 894 slayd 38 videoçarx).
Layihələr: Şöbə “Nadir nəşrlərin mühafizəsi və konservasiyası” (YUNESKO), “Azərbaycan ədəbiyyatı xəzinəsi “Azeribooks” SD nəşri”, “Azərbaycan dilinin tərcümə xəzinəsi” (YUNESKO), “Qafqazın yaddaşı: milli-dini-etnik tolerantlıq”, “Uşaqlar və kitablar: gələcəyin dialoqu” və s. Azərbaycan Respublikasının 2003-2008-ci illərdə inkişafına dair Dövlət proqramı üzrə “Ədəbi yaddaşımız “Ədəbiyyat qəzeti”, “Qutenberq-Azərbaycan elektron kitabxanası” və s. layihələrin iştirakçısı və rəhbəri olmuşdur.
Şöbənin kadr tərkibi:
Zakirə İmamverdi qızı Əliyeva - filologiya üzrə fəlsəfə doktoru, dosent - şöbə müdiri -zakiraalieva7@gmail.com
Sona Musa qızı İbrahimova - baş mütəxəssis -sonaibrahimova2407@gmail.com
Aynur Cəfər qızı Yusifova - baş mütəxəssis - aynuryusifova@bk.ru
Sevil Sədi qızı Abdullayeva - baş mütəxəssis
www.literature.az - proqram təminatçı Time4soft şirkəti - Ruslan Əliyev
Əlaqə: 994 012 510 18 02