Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

"Türk Edebiyatı" dərgisinin Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş sayı

15-08-2025 [ 12:20 ] [ oxunub:9 ]
printerA+ | A-
105825

Bu il Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə Türkiyədə də bir sıra işlər görmək planlaşdırılır. Bu sıradan, gerçəkləşən nümunələrdən biri Türkiyənin nüfuzlu təşkilatlarından sayılan Türk Ədəbiyyatı Vəqfinin böyük şairin 100 illiyinə həsr etdiyi "Bəxtiyar Vahabzadə 100 yaşında" xüsusi buraxılışını ərsəyə gətirməsidir.

"Türk Edebiyatı" - Aylık Fikir ve Sanat Dergisi"

Jurnal yazıçı-tərcüməçi, "Türk Ədəbiyyatı dərgisi"nin baş redaktoru İmdad Avşarın "Hasbihal" məqaləsi ilə açılır. İmdad Avşar Bəxtiyar Vahabzadənin şair kimi səciyyəvi cəhətlərini təhlil etməklə bərabər, şairin Əhməd Şmidenin vasitəçiliyi ilə Ahmet Kabaklı arasında qurulmuş dostluğuna, bütövlükdə Türkiyə ilə əlaqələrinə diqqət çəkir. Bu gün müstəqil və suverenliyini yaşayan Azərbaycan xalqına Bəxtiyar Bahabzadənin zamanında səsləndirdiyi ideyaların nə qədər gərəkli və gerçək olduğunu vurğulayır: "Bu ay sayfalarımızın tamamını doğumunun 100. yılı dolayısıyla büyük şair Bahtiyar Vahapzade'ye ayırdık. Bahtiyar Vahapzade'nin dergimizle ilişkisi 1972 yılı Eylül ayında başlamış. 9. sayımızdan itibaren de yazıları ve şiirleri sayfalarımız arasında yer almış. Onun, Ahmed Schmiede aracılığıyla kurucumuz Şeyhülmuharrir?n Ahmet Kabaklı ile dostluğu da o yıllara dayanıyor. Dolayısıyla bu sayımızın, uçmağa varan bu iki abide şahsiyete bir vefa borcu olarak değerlendirilmesi gerekir. Bahtiyar Vahapzade yalnızca büyük bir şair değil, aynı zamanda Türk dünyasının bağımsızlık meşalesini ateşleyen bir fikir ve aksiyon adamıydı. Bu sayımızla, Sovyet rejiminin ağır baskıları altında dahi "Türk'üm" demenin bedelini göze alarak kalemini bir kılıç gibi kullanan, Azerbaycan'ı bağımsızlığa taşıyan yolbaşçısı olan Türkçenin ve Türk dünyasının bayraktarı B. Vahapzade'nin çok yönlü portresini sunmaya gayret ettik".

Daha sonra jurnalda Azərbaycan və Türkiyə ədəbiyyatının bir sıra tanınmış yazarlarının Bəxtiyar Vahabzadə ilə bağlı araşdırma yazıları yer alır. Anarın "Muğama defn edilen şair", A.Yağmur Tunalının "Ruhum ateş", İsa Həbibbəylinin "Milli istiklal şairi Bahtiyar Vahabzade", Yahya Akenginin "Bahtiyarca hatıralar", Rafael Hüseynovun "Bahtiyarlık", Mitat Durmuşun "Bahtiyar Vahabzadenin şiirlerində tarih, kimlik ve öteki", Sabir Rüstəmxanlının "Şairin ölümsüzlüğü", İsa Kocakaplanın "Bilge muallim", Nizami Cəfərovun "Milletin şairi Bahtiyar Vahabzade", Abuzər Bağırovun "Dede Bahtiyar", Əjdər Olun "Bir başka pencereden Bahtiyar Vahabzade", Nilufər Yıldırımın "Ürekdedir sözün kökü. Bahtiyar Vahabzadenin poetikası", Azər Turanın "Bahtiyar Vahabzadenin okunmamış sayfaları", Elnarə Akimovanın "Bahtiyar olmak", Orxan Arasın "Kökü var ağacın da, taşın da", Pərvin Nurəliyevanın "Şeki ve Bahtiyar Vahabzade", İmdad Avşarın "Rus generalin yüzünə tüküren şair" məqalələrində Bəxtiyar Vahabzadənin şəxsiyyəti və yaradıcılığının bütün çalarları dolğun və incə boyalarla təhlil predmetinə çevrilir.

"Türk edebiyatı" jurnalının digər mühüm məqamlarından biri şairin ən sevilən şeirlərinin Türkiyə türkcəsində təqdim olunmasıdır. Bütövlükdə, bu buraxılış şairin fikir və məfkurə adamı olaraq təqdimatında və yaradıcılığının çağın yenilikləri kontekstində şərh edilməsində qiymətli nümunə olmaqla bərabər, Bəxtiyar Vahabzadənin 100 illiyinə ən layiqli ərməğandır.

 

 

SİZƏ MARAQLI OLA BİLƏR