Professor Məmməd Əliyevin “Həsrətin o üzü” romanının dördüncü hissəsi işıq üzü görüb
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Həsrətin o üzü” romanının dördüncü hissəsi “Bir uzaq yaşıl ada” adı ilə işıq üzü görüb.
“Bir uzaq yaşıl ada” roman-epopeyasının “Ədəbiyyat nəzəriyyəçiliyindən akademizmə” adlı ön sözünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.
Kitabın redaktoru Aysel Şeydayeva, rəssamı Minayə Feyzullayeva, texniki redaktoru Rəna Əhmədova, komputerdə yığanı Suqrət Məmmədova, dizayneri Nigar Tağıyevadır.
Romanın dördüncü hissəsi 3 hissədən ibarətdir. Kitabda filologiya elmləri doktoru, professor Nizami Tağısoyun Azərbaycan, rus və ingilis dillərində “Bir uzaq yaşıl ada” romanının bədii-fəlsəfi diskursu və müəllifin təhkiyə pradiqması” sərlövhəli irihəcmli araşdırması da verilib.
Romanda Azərbaycanda XX yüzilliyin 80-90-cı illərində yaşanan ictimai-siyasi vəziyyət, erməni təcavüzünün faciəvi nəticələri geniş təsvir olunmaqla əsərin baş qəhrəmanı Muradın şəxsi həyatında baş verən gərgin və böhranlı hadisələrdən danışılır.