Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Məhəmməd Füzuli: həyatı və yaradıcılığı

14-07-2025 [ 13:59 ] [ oxunub:14 ]
printerA+ | A-
105717

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən ərsəyə gəlmiş “Məhəmməd Füzuli: həyatı və yaradıcılığı” adlı kitabda  dahi şairin yaradıcılığının toplu halında öyrənildiyi, onun zəngin ədəbi irsinin ideya-bədii özəllikləri, forma və məzmun xüsusiyyətləri baxımından ətraflı şəkildə tədqiq və təhlil edilir.  Füzulişünaslıq sektorunun kollektivinin uzunmüddətli gərgin əməyinin, böyük zəhmətinin və axtarışlarının nəticəsi olan bu  kitabın elmi əhəmiyyəti böyükdür.

Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən hazırlanmış “Məhəmməd Füzuli: həyatı və yaradıcılığı” kitabı barədə də məlumat verərək bildirib ki, bu kitab böyük şair haqqında yazılmış elmi cəhətdən ilk ümumiləşdirilmiş və böyük həcmə malik əsərdir. Qeyd edib ki, on bir fəsildən ibarət olan monoqrafiyada Füzulinin dövrü, mühiti, həyatı geniş, sistemli və hərtərəfli şəkildə araşdırılıb. Kitabda Füzulinin Azərbaycan və fars dillərində yazdığı divanlar, onun üç dildə qələmə alınmış qəsidələr divanı, Azərbaycan epik şeiri tarixində xüsusi mərhələ təşkil edən poemaları, bədii nəsr əsərləri, tərcümə yaradıcılığı, dövrünün tanınmış adamlarına ünvanladığı məktublar və divanlarının dibaçələri, fəlsəfi görüşləri ayrı-ayrılıqda tədqiqata cəlb olunmaqla şairin ədəbi şəxsiyyətinin mükəmməlliyini bütün yönləri ilə üzə çıxarıb.

AMEA rəhbəri qeyd edib ki, nəşrdə Füzuli sənətinin dil-üslub xüsusiyyətləri, poetikası, folklor qaynaqları, sələfləri, müasirləri və xələfləri ilə bağlı məsələlər kompleks şəkildə öyrənilib. Monoqrafiyanın ayrıca bir fəsli Füzili irsinin dünya ədəbiyyatşünaslığında öyrənilməsi və başqa dillərə tərcüməsi məsələlərinə həsr edilib.

“Məhəmməd Füzuli: həyatı və yaradıcılığı” layihəsinin rəhbəri və kitabın “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, elmi redaktoru fil.e.d. Ataəmi Mirzəyevdir.

SİZƏ MARAQLI OLA BİLƏR